Azərbaycan mobil telefon istehsal EDƏ BİLƏRMİ? – Texnoblogerdən MÜHÜM AÇIQLAMA
Ağıllı telefon bazarında qızğın rəqabətin getdiyi, böyük məbləğlərin qazanıldığı, tələbatın artdığı bu dönəmdə ağlımızda hərdən bu sual gəlir: “Azərbaycan niyə mobil telefon istehsal etmir?”
Bunun üçün nə çatmır? Ümumiyyətlə, belə bir addımın perspektivi varmı?
Tanınmış texnobloger Fərid Pərdəşünas mövzu ilə bağlı Bizim.Media-ya danışıb. O bildirib ki, bu məsələ üçün çox ciddi istehsal xətti olmalıdır:
“Önəmli nüans odur ki, əvvəlcə telefonun hissələrinin istehsalı təmin edilməlidir. Bunun üçün qlobal tendensiyaya göz atmalıyıq. Hazırda Azərbaycanda iqtisadi baxımdan belə bir zavodun açılması səmərəli hesab edilmir. Çünki Çin bazarının təklif etdiyi qiymətlər elə bir səviyyədədir ki, “Apple” kimi Amerika şirkəti belə smartfonlarını bu ölkədə istehsal edir. Təkcə ABŞ yox, həm də Avropa şirkətləri Çinə üz tutur. Çünki Çində xammal, istehsalat xətti və ucuz işçi qüvvəsi var”.
Texnoblogerin sözlərinə görə smartfonların ərsəyə gəlməsi elə bir proses deyil ki, hər şeyi özün istehsal edəsən:
“Məsələn, kamera, ekran istehsalçısı “Samsunq”, “LG”-dir, prosessor istehsalçısı “Snapdragon”, “Mediatek”dir. Ram istehsalçısı isə bir başqa ölkədir. Smartfonu istehsal etmək istəyən ölkənin şirkəti telefonun hissələrini almalıdır. Bu hissələri satan şirkətlər də ya Çin, ya da Koreya şirkətləridir.
Patentlər ABŞ-dədir. Bütün bu sadaladıqlarımızı alıb Azərbaycana idxal etmək, istehsal xəttini yaratmaq çox baha başa gələcək və rəqabətə davamlı cihazın istehsalı demək olar ki, mümkünsüz olacaq. Ona görə də ağıllı telefon istehsalçıları əsasən Çin bazarını seçirlər. Bütün detalları Çinə sifariş verib oradakı istehsal xəttində smartfonu hazırlayırlar.
Türkiyədə “General Mobile” brendi var, sözügedən model ölkənin özündə yığılır, amma bu, sadəcə yığılma prosesidir. Detalları Çindən və digər ölkələrdən gətirdikdən sonra öz brendləri adı altında təqdim edirlər. Bunu etmək olar, ancaq rəqabətə davamlı olmayacaq. Vaxtilə Azərbaycanda mobil operatorlardan biri öz brend adı altında belə bir smartfon sifariş edirdi. Lakin smartfon Çində yığılırdı”, -deyə ekspert vurğulayıb.
Məhərrəm Əliyev, Bizim.Media
Paylaş:
Müəllif : Fuad
Tarix:30-04-2024, 12:22
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər