reklam
Regionxeberlericom.az » Cəmiyyət » Karqo şirkətlərindən narazı olanların nəzərinə!

reklam

Karqo şirkətlərindən narazı olanların nəzərinə!

















Artıq vətəndaşlar xidmətindən narazı qaldıqları karqo şirkətlərindən tənzimləyici quruma şikayət edə biləcəklər.

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi xəbər verir ki, bununla bağlı “E-Şikayət” sistemində poçt xidmətləri üzrə şikayətlərin də qəbuluna başlanıb. 

İstifadəçilər bunun üçün müvafiq link vasitəsilə “E-Şikayət” sisteminə daxil ola bilərlər. “İdentifikasiya nömrəsi ilə” bölməsinə daxil olduqdan sonra avtomatik olaraq “Abunəçi” səhifəsinə yönləndirilirlər. Daha sonra isə vətəndaş üçün avtomatik yaradılmış “Abunəçi kabineti”ndən müraciət və ya şikayəti tənzimləyici qurum olan İKTA-ya ünvanlamaq imkanı əldə edilir.

Hazırda həm də “E-Şikayət” sistemi vasitəsilə internet, telefon rabitəsi, mobil internet və mobil telefon kimi telekommunikasiya xidmətləri üzrə də müraciətlərin qəbulu həyata keçirilir.

Həmçinin adıçəkilən sistemdə vətəndaşlarla yanaşı, poçt rabitəsi operatorlarının da müvafiq səhifəyə daxil olması üçün imkan yaradılıb. Belə ki, lisenziyalı poçt rabitəsi operatorlarının sistemin idarə olunması üzrə təlimatlandırılmış əməkdaşı müraciət və ya şikayətlə tanış olmaq və onu icra etmək üçün qeyd olunan linkə keçid edərək şirkətin rəsmi səhifəsinə daxil ola biləcək.





Paylaş:


Müəllif : Tarix:
30-04-2024, 14:41
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər