reklam
Regionxeberlericom.az » Cəmiyyət » Azərbaycanda “TikTok” bağlanacaq? - Mühüm AÇIQLAMA

reklam

Azərbaycanda “TikTok” bağlanacaq? - Mühüm AÇIQLAMA
















ABŞ Prezidenti Co Bayden ölkədə “TikTok”u qadağan edən qanun imzalayıb. Qanuna əsasən, əgər yaxın 9-12 ay ərzində sosial şəbəkənin sahibi olan Çinin “ByteDance” platforması satılmasa, qadağa işə düşəcək. 

Analoji addımın Avropa İttifaqı tərəfindən atılması da gözlənilir. Bunu Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen deyib. Araşdırmalara əsasən, Azərbaycanda da vətəndaşların əksər hissəsi sözügedən sosial şəbəkənin bağlanmasının tərəfdarıdır. 

Bəs görəsən “TikTok”un Azərbaycanda qadağan olunması gözlənilirmi? Mövzu ilə bağlı Yenisabah.az-a danışan hüquqşünas Əkrəm Həsənov bildirib ki, belə bir addım mümkündür:

“Bu mümkündür. Ölkədə bəzi saytların bloklanması ilə bağlı nümunə var. Ancaq fərq böyükdür. Söhbət dünyaca məşhur və geniş kütlələr tərəfindən istifadə edilən sosial şəbəkədən gedir. Yəni bu baxımdan Azərbaycan dövləti belə bir qərar verə bilər, ancaq bu qərar əsaslandırmalıdır. İnsanların “TikTok”la bağlı narazılığı daha çox əxlaqi və mənəvi məsələlərlə bağlıdır. Amma biz o nöqteyi-nəzərdən yanaşsaq, dünyada belə qəbildən olan minlərlə sayt var. Hətta porno saytları var ki, bunlar Azərbaycanda qadağan deyil. 

Hüquqşünas Avropa və ABŞ-ın “TikTok”la bağlı qərarlarının Çinə qarşı atıldığını diqqətə çatdırıb: 

“Bunlar daha çox siyasi məsələdir. Ona görə ki, “TikTok”un sahibinin Çin olduğunu hamı bilir. Bu sadəcə Avropanın və ABŞ-ın Çinə qarşı olan addımıdır. Çünki hər kəsə məlumdur ki, istənilən informasiya resursu təbliğat vasitəsidir. Qərb istəmir ki, Çin həm onların ölkələrində, həm də digər ölkələrdə belə bir gücə malik olsun. Aydındır ki, Qərbin hazırda dünyada 1 nömrəli rəqibi Çindir. Buna görə də belə bir addım atır. Belə bir qərarı biz də versək, təbii ki, siyasi qərar sayılacaq. Amma mən inanmıram ki, indiki məqamda Azərbaycan belə bir addım atsın. Çünki belə olarsa, Azərbaycanın Çinlə münasibətləri pozula bilər. Hər bir halda gedişatı gələcək göstərəcək”. 




Paylaş:


Müəllif : Tarix:
1-05-2024, 15:16
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər