reklam
Regionxeberlericom.az » Cəmiyyət » “Binance”ın təsisçisi həbs edildi

reklam

“Binance”ın təsisçisi həbs edildi


















ABŞ məhkəməsi dünyanın ən böyük kriptovalyuta birjası olan “Binance”ın təsisçisi Çanpen Çjaoya 4 aylıq həbs cəzası verib.

Bu barədə “Reuters” məlumat yayıb.

Məhkəmə 47 yaşlı Çjaonu ABŞ-nin çirkli pulların yuyulmasına qarşı qanunlarını pozmaqda təqsirli bilib.

Prokurorluğun qərarına görə, “Binance” rəhbərliyi terrorizmin maliyyələşdirilməsi, uşaq pornoqrafiyası və digər qeyri-qanuni fəaliyyətlərlə bağlı əməliyyatlardan xəbərdar idi - lakin platforma bu barədə hüquq-mühafizə orqanlarına məlumat verməyib.

Çjao, etiraf müqaviləsinin bir hissəsi olaraq günahını etiraf edib və “Binance” rəhbəri vəzifəsini tərk edib.

Məhkəmə ona prokurorluğun tələbindən (üç il) və bu cür ittihamlara görə adətən təyin olunandan (bir il yarım) az cəza verib.

Dörd aylıq həbsdən əlavə, Çjao 50 min dollar cərimə ödəməlidir.

Qeyd edək ki, Çjao dünyanın ən zəngin insanlarından biridir. O, 33 milyard dollar sərvəti ilə “Forbes”in milyarderlər siyahısında 50-ci yerdədir.




Paylaş:


Müəllif : Tarix:
1-05-2024, 18:21
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər