“Zeynəb Xanlarova dedi ki, o qızı Ələkbər Tağıyevin evinə göndər”
“Həyatda hər insanın səhvi olur. Nisə xanımdan olan incikliyim isə artıq uzun illərdir davam edir. Mən hər zaman Allahdan ona can sağlığı arzulayıram, hər zaman zirvələrdə olsun. Nisə Qasımova ilk addımlarını “Lalə” qızlar ansablında atıb, orada inkişaf edib, tanınıb, rayonlara qastrollara gedib, afişaları çıxıb. O, mənim yetişdirməmdir”.
Bu sözləri Xalq artisti, “Lalə” qızlar ansamblının yaradıcısı Ceyran Haşımova deyib. O, yetirməsi olan Xalq artisti Nisa Qasımovadan incikliyini gizlətməyib:
“Bəzən belə şeylər olur, hətta ana-bala arasında da incikliklər yaşanır. Bir müddət əvvəl bunu efirdə də dedim, açığı, sonra peşman oldum ki, nahaq dedim.
Nisə Qasımova mənim ən çox istədiyim müğənni olub, onu həddindən artıq çox istəmişəm. Hətta bəzi tələbələrim ona paxıllıq edirdilər ki, kaş Ceyran müəllimə bizi belə istəyərdi.
Ansanblımız 45 il yaşayıb, heç vaxt bizim haqqımızda mənfi sözlər yazılmayıb, deyilməyib ki, qızlar bir-biri ilə yola getmir və s. Biz tarixdə misli görülməyən kollektiv olmuşuq, həmişə səmimiyyətimiz olub, bir-birimizə dəstək olmuşuq.
Məsəl var, uman yerdən küsərlər. Mən də Nisə Qasımovadan buna görə incimişəm. Çox olub efirlərə çıxıb, danışıb, gəncliyini yada salıb, amma bir dəfə də bizim adımızı çəkməyib. Yenə də ona can sağlığı arzu edirəm, həmişə zirvələrdə olsun. Ana balasından incisə də, ildə bir dəfə onun yanına gedəndə yenə də öpüb-qucaqlayır, çünki balasıdır. Ansablın qızları da mənim övladlarım kimi olublar. Mənim öz övladım dünyaya gec gəlib, ansablı o dünyaya gəlməmişdən öncə yaratmışam və üzvlərinə öz balam kimi baxmışam.
Nisə Qasımovanı isə xüsusi istəmişəm, sonralar onun mənə qarşı laqeyd yanaşması çox pis təsir etdi. Nə olar ki, ildə bir dəfə zəng edib hal-əhval soruşsa? Axı sən ilk addımlarını məhz “Lalə” qızlar ansanblında atmısan, tanınmısan.
Digər qızlar yanıma da gəlirlər, hal-əhval da soruşurlar, həmişə müsahibə verəndə belə adımı çəkməyi unutmurlar”.
Ceyran Haşımova ansanblında yer alan qızlara qarşı hər zaman ana kimi olduğunu bildirib:
“Mən onların analığı olmuşam. O vaxt biz ansanblla xaricə, rayonlara getmişik, bəzən onlara adi otaq, mənə isə daha lüks otaq veriblər, lakin mən razılaşmamışam ki, qızlarım haradadırsa, mən də orada olacağam. Mən qızlarımı gözümdən kənara qoymamışam, sağ-salamat aparıb, eyni cür də gətirib valideynlərinə təhvil vermişəm. Bu hər adama nəsib olmur. Qadın ola-ola ansanbl qurub onu 40 ildən çox ayaqda saxlamaq heç də asan məsələ deyil.
Efirdə də Nisə Qasımovadan incidiyimi dedim, amma sonradan düşündüm ki, gərək deməzdim, onsuz da mənim sözlərim Nisə xanıma təsir etmir... O, artıq tanınmış müğənnidir. Təki olsun, təki hər zaman o sevilsin, haqqında gözəl sözlər yazılsın. Mən bununla fəxr edirəm, çünki pis, yaxşı o, mənim tələbəmdir.
Nisə Qasımova mənim yanımda tanındı. Əgər sən mənim yanımda tanınmasaydın, Zeynəb Xanlarova mənə yığıb deməzdi ki, “O qız doğrudan dağlıdır? Onu Ələkbər Tağıyevin evinə göndər, ona qarşı istəyim var”. Bunları unutmaq olmaz, vallah, günahdır. Allah bunları görür. Mən onun haqqında pis danışmamışam, əxlaqına söz deməmişəm, sadəcə demişəm ki, incikliyim var və halallıq vermirəm. Gör mənim artıq neçə yaşım var, Nisə, sən indiyə qədər bir dəfə də olsa, yığıb deməmisən ki, Ceyran müəllimə, necəsən, nəyəsə ehtiyacın varmı? Mənim heç nəyə ehtiyacım yoxdur, şükür Allaha! Xalq artistiyəm, Prezident təqaüdçüsüyəm, tanınmış insanam, bundan başqa nəyəsə ehtiyacım yoxdur, hökumət mənə lazım olan dəyəri verib”.
Paylaş:
Müəllif : Fuad
Tarix:3-05-2024, 14:27
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər