reklam
Regionxeberlericom.az » Cəmiyyət » Mayda niyə toy etməzlər? - VİDEO

reklam

Mayda niyə toy etməzlər? - VİDEO

















Xalqımızın toy kimi bir adəti var. Lakin bu gözəl və maraqlı ənənənin qəliz tərəfləri  də mövcuddur.

El arasında “May ayında toy etməzlər”, ”May ağır aydır” deyə inanclar hərdən insanları çaş-baş salır. Məsələn, may ayında toy etmək istəyənlərin sayı olduqca azdır. Bu isə təbii ki, şadlıq saraylarının büdcəsinə də təsirsiz ötüşmür.

Administratorlar deyirlər ki, müştəri az olduğu üçün menyu qiymətlərinə endirim də olunur.

Baku TV mövzu ilə bağlı sorğu da keçirib. Sorğu iştirakçıları arasında bunu xurafat hesab edənlər də, düşər-düşməzi olduğuna inandığını deyənlər də var.

“Bir dəfə toy etdik, məclisimiz yasa döndü. Qızı götürüb qaçdılar, dava-qırğın oldu. Övladıma mayda toy etmərəm”, - deyə sakin qeyd edib.

Sosioloqlar isə bildirirlər ki, keçmişdə may ayında təsərrüfat işləri çox olduğu üçün insanların bu ayda toy etməyə vaxtları olmazdı. Bu inanc da elə formalaşıb.

Ətraflı süjetdə:




Paylaş:


Müəllif : Tarix:
3-05-2024, 15:03
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər