Fors-major vəziyyət yaranıb: Azərbaycan seçkiyə gedir - Dəqiq tarix
Qanunvericiliyə əsasən, bu il noyabr ayında parlament seçkiləri keçirilməlidir. Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov qurumun bu gün baş tutan iclasında deyib. MSK sədri bildirib ki, seçkilərin müddəti önə çəkilə bilər. “Parlament seçkilərini nəzərə alaraq, seçki komissiyalarının üzvlərinin maarifləndirilməsi ilə bağlı müəyyən işlərə artıq başlanılmalıdır”, - Məzahir Pənahov qeyd edib.
Bununla da parlament seçkilərinin vaxtından öncə keçirilməsi ilə bağlı iddialar daha rəsmi xarakter alıb. MSK sədrinin açıqlamasından yola çıxaraq, seçkilərin noyabrdan öncə keçiriləcəyini söyləmək olar.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan millət vəkili Fazil Mustafa bildirib ki, seçkilərin öz vaxtından minimum 2-3 ay öncə baş tutuması mümkün görünür:
“Seçkilərin keçirilmə vaxtı noyabr ayına düşür və noyabr ayında seçkilərin təyin olunması qaçılmazdır. Çünki ondan sonrakı müddətdə seçki keçirmək konstitusiyaya ziddir. Amma seçkini önə çəkmək mümkündür, çünki Bakıda həmin vaxt qlobal əhəmiyyətli tədbir var və bu tədbirin vaxtını biz müəyyən etməmişik. Bu ümumi razılaşma əsasında təyin olunan vaxtdır. İki böyük tədbiri keçirmək ciddi problemlər yarada bilər. Ona görə də razılığa gəlib seçkinin vaxtını irəli çəkmək mümkündür”.
Deputat seçki vaxtının konstitusiya prinsiplərinə uyğun olmasının vacibliyini vurğulayıb:
“Seçkilərin 2 və ya 3 ay öncədən keçirilməsi elə də ciddi narazılıq yaratmaz. Təbii ki, bu bəlli səviyyədə proseduralarla uyğunlaşdırılaraq həyata keçiriləcək və konstitusiyanın prinsiplərinə ciddi şəkildə əməl olunacaq. Çünki bu bir fors-major vəziyyətdir. COP29 tədbirinin Azərbaycanda keçirilməsi ölkəmiz üçün böyük əhəmiyyət daşıyır. Ali dövlət maraqlarını əsas götürərək, bu müddətdə seçkilərin ən az 2-3 ay irəli çəkilməsi mümkün ola bilər”.

Paylaş:
Müəllif : Fuad
Tarix:3-05-2024, 15:34
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Reketçlik yolu ilə şəxsi avtomobilimi və içində olan 35 min dolları əlimdən aldılar - ŞOK VİDEO

“Armudbaş”, “hinduşkabaş”, “həşərat”… - 301 saylı məktəbin direktoru müəllimlərə belə xitab edir…

Goranboyun Statistika İdarəsini əslində kim təmir edib – Xanqərvəndli qadının adına olan MMC, yoxsa…

Sədr əvəzi Tahir Xəlilov 10 manatlıq şirkətlərə bel bağlayıb - 2 milyon manata yaxın pulu gözdən çıxardı

Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -Bu oyunlarına elə don geyindirir ki,…

"Kardiologiya"da qalmaqal: Professorlar attestasiyanı boykot etdi - Direktordan nazirə şikayət olundu