“Magistraturanın gənclərimiz üçün faydası və önəmi yoxdur” - AÇIQLAMA + FOTO
Aprel ayının 28-də ali təhsil müəssisələrinin magistratura pilləsinə qəbul imtahanı (2-ci cəhd) keçirilib. İmtahanda iştirak etmək üçün 19 716 bakalavr ərizə təqdim edib. Bu il ali təhsil müəssisələrinin magistratura pilləsinə sənəd verənlərin sayı artıb. Ötən illərə nisbətən yüksək göstəricidir.
2024/25-ci tədris ilində ali təhsil müəssisələrinin magistratura pilləsi üzrə ilk cəhd imtahanında 19 725 bakalavr ərizəsini təsdiq edib. Bunlardan 18 206-sı Azərbaycan, 1 519-u isə rus bölməsindədir.
Xatırladaq ki, 2023/24-cü tədris ilinə görə isə ali təhsil müəssisələrinin magistratura pilləsi üzrə imtahanda (I cəhd) iştirak etmək üçün 18 724 bakalavr ərizəsini təqdim edib. Onlardan 17 190 nəfər Azərbaycan, 1 534 nəfəri rus bölməsinə sənəd verib. Ötən il II cəhd imtahanında iştirak üçün isə 17 705 bakalavr ərizə təqdim edib. Onlardan 16 461 nəfəri Azərbaycan, 1 244 nəfəri isə rus bölməsinə sənəd verib.
Bəs görəsən, buna səbəb nədir? Magistraturanı oxumaq şərtdirmi? Nə kimi faydaları olacaq? Yoxsa nələrdənsə yayınmaq üçün magistraturaya üz tuturlar?
Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən Milli Məclisin deputatı Ceyhun Məmmədovun sözlərinə görə, əsas səbəb ali məktəblərin son illər xeyli sayda bakalavr qəbul etməsidir:
“Əgər biz nəzərə alsaq ki, son illər bakalavrlar üzrə qəbul yerlərinin sayı artıb, bu istiqamətdə də biz artımın magistraturada baş verdiyini görürük. Əsas səbəb odur. Universitetlərdə qəbul yerlərinin artması magistraturaya da təsirini göstərir. Magistraturada da qəbul sayı artacaq. Bu il göstəricilər kifayət qədər çoxdur”.
C.Məmmədov qeyd edib ki, magistraturada oxumaq şərt deyil:
“Magistratura dünyanın ayrı-ayrı ölkələrində elmi dərəcə hesab olunur. Daha çox o şəxslər oxuyurlar ki, onlar doktoranturada oxumağı düşünürlər. Magistraturanı mütləq oxumaq şərt deyil. Tam ali təhsil üçün şərtdir. Eyni zamanda hesab edirəm ki, bunun bizim gənclərimiz üçün faydası və önəmi yoxdur. Buna elmi dərəcə kimi yanaşmalıyıq.
Bəziləri də sırf nədənsə yayınmaq üçün üz tuturlar. Bəzi gənclər sırf hansısa məqsədlər üçün müraciət edirlər. Bu kateqoriyadan olanlar azdır. Çox deyil. Çox böyük rəqəmlər deyil. Davamlı təbliğat aparmalıyıq ki, insanlar anlasınlar ki, bu nə dərəcədə önəmlidir. Və ya deyil”.
Təhsil eksperti Elçin Süleymanov isə əlavə edib ki, əmək bazarında ciddi rəqabət var:
“Son illər magistraturaya qəbul imtahanında namizədlərin sayının çox olmasının bir neçə səbəbi var. Əsas səbəb qəbul planının artırılmasıdır. Məzun olan bakalavrların sayı əvvəlki 4-5 illə müqayisədə daha çoxdur. Bakalavr çox olduğu üçün onların müəyyən bir nisbəti magistr təhsili almaq istəyir. Burada əmək bazarında çox ciddi rəqabət var. Bakalavr diplomu ilə müəyyən çətinliklər yaranır. Bakalavr diplomu ilə iş tapa bilmirlər.
Son illər əksər universitetlər axşam saatlarında təhsili reallaşdırır. Gündüz növbə iş saatı ilə üst-üstə düşürdü. Əvvəllər buna görə imtina edirdilər”.
E.Süleymanov magistratura təhsili alanlar iş dünyasında daha müvəffəq olurlar:
“Magistr təhsili həm tədqiqat, həm peşəkarlıq baxımından önəmlidir. Bakalavrlar bəzən magistratura təhsili almaqla yönlərini dəyişdirirlər. İş imkanının çətinliyinə görə, yeni ixtisas qazanmaq üçün müraciət edirlər.
Daha çox elmi müəssisələrdə çalışmaq istəyənlər üz tuturlar. Bakalavrların ən yaxşıları magistratura təhsili almalıdır. Magistratura təhsili beynəlxalq standartlarda tətbiq olunmalıdır. Bununla yanaşı təhsil alanların tədqiqat bacarıqları aşılanmalıdır”.
Nəzrin Vahid
Paylaş:
Müəllif : Fuad
Tarix:4-05-2024, 10:40
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər