reklam
Regionxeberlericom.az » Cəmiyyət » Bakıda toydan çıxan iki şəxsi avtomobil vuraraq öldürüb - YENİLƏNİB + FOTO/VİDEO

reklam

Bakıda toydan çıxan iki şəxsi avtomobil vuraraq öldürüb - YENİLƏNİB + FOTO/VİDEO

















Bakının Nizami rayonunda avtomobilin vurduğu piyadalardan biri ölüb.

APA xəbər verir ki, qəza Bəkir Çobanzadə küçəsində baş verib.

1959-cu il təvəllüdlü Kəmalə Həmid qızı Bağırova və 1961-ci il təvəllüdlü Gülarə Oktay qızı Əfəndiyeva şadlıq evindən çıxaraq yolun əks tərəfinə keçmək istəyiblər. Həmin vaxt onları KIA markalı avtomobil vurub.

Piyadalar ağır vəziyyətdə Sabunçu Tibb Mərkəzinə yerləşdiriliblər. Xəstəxanada müalicə alan Gülarə Əfəndiyeva həkimlərin səyinə baxmayaraq, dünyasını dəyişib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Belə ki, toydan çıxan iki şəxsi avtomobil vuraraq öldürüb.

Həmin görüntüləri təqdim edirik:





Paylaş:


Müəllif : Tarix:
6-05-2024, 08:44
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər