Ekspertdən Emin Əmrullayev və Məleykə Abbaszadəyə MÜRACİƏT: - "II ixtisas qrupundan ümumi tarix fənni ÇIXARILSIN"
Təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi Elm və Təhsil naziri Emin Əmrullayev və Dövlət İmtahan Mərkəzinin direktorlar şurasının sədri Məleykə xanım Abbaszadəyə müraciət edib.
Təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi müraciətini Sonxeber.az-la bölüşüb.
Ekspert ötən il I ixtisas qrupunda yer alan Rİ alt qrupunda 150 ballıq ixtisas olmadığı üçün bu istiqamətdə imtahan verən, amma 150-300 bal aralığı nəticə əldə edən bir çox abituriyent müsabiqədən kənarda qaldığını vurğulayıb:
Yazaraq, diqqətinizə çatdırım ki, ötən il I ixtisas qrupunda yer alan Rİ alt qrupunda 150 ballıq ixtisas olmadığı üçün bu istiqamətdə imtahan verən, amma 150-300 bal aralığı nəticə əldə edən bir çox abituriyent müsabiqədən kənarda qaldı. Bu məqsədlə də 2024/2025-ci tədris ili üçün keçiriləcək qəbul dövründə I ixtisas qrupunun Rİ alt qrupunda "mexatronika və robototexnika" ixtisasının müsabiqə şərtini 150 bal təyin edəsiniz.
Xahiş edirəm ki, buraxılış və blok imtahan nəticələri birgə olmaqla 150 bal toplamış və bu balın 50-sini blok imtanından əldə etmiş abituriyentlərə məhz qeyd olunan ixtisasın müsabiqəsində iştirak etmək hüququ verəsiniz.
Qeyd: Niyə məhz "mexatronika və robototexnika" ixtisası? sualı yaranarsa, cavab olaraq bildirim ki, bu ixtisas qabaqacıl ölkələrdə prioritet ixtisaslar siyahısında yer alsa da, ölkə vətəndaşlarımızda bir o qədər maraq oyatmayıb və seçimlər zamanı digər ixtisaslarla müqayisədə ən aşağı sırada yer alır.
Ekspert müraciətində bildirib ki, II ixtisas qrupunda yer alan ümumi tarix fənninin qəbul fənləri siyahısından çıxarılması ilə bağlı qərara gəlinməlidir:
"Yazaraq sizdən xahiş edirəm ki, II ixtisas qrupunda yer alan ümumi tarix fənninin qəbul fənləri siyahısından çıxarılması ilə bağlı qərara gələsiniz. Bu fənn əvvəllər II ixtisas qrupunda yox idi. "Beynəlxalq münasibətlər" və "regionşünaslıq" ixtisaslarının II ixtisas qrupuna daxil edilməsindən sonra ümumi tarix fənni də qəbul proqramına salındı. Amma iki il əvvəl verilmiş qərara əsasən, artıq qeyd olunan ixtisaslar III ixtisas qrupuna qaytarıldı. Belə olan təqdirdə ümumi tarix fənni də II ixtisas qrupunun qəbul proqramından çıxarılmalıdır.
Fikrimcə, 2024/2025-ci tədris ili üçün aparılacaq qəbul imtahanlarında bu fənn yer almamalıdır. Ümidvaram ki, qısa zamanda həm abituriyentlərin, həm valideynlərin, həm də müəllimlərin ürəyincə olacaq bu qərarı verəcəksiniz".
Paylaş:
Müəllif : Fuad
Tarix:6-05-2024, 14:13
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər