reklam
Regionxeberlericom.az » Cəmiyyət » Xameneidən şok: İranlı zəvvarları təxribata çağırdı

reklam

Xameneidən şok: İranlı zəvvarları təxribata çağırdı












İranın dini rəhbəri Əli Xamenei bundan əvvəl baş verənləri nəzərə almadan, növbəti dəfə Həcc ziyarəti üçün Məkkəyə getməyi planlaşdıran 87550 iranlı zəvvardan Həcc mərasimləri zamanı siyasi fəallıq göstərmələrini tələb edib.

O, mayın 6-da etdiyi çıxışında Qəzzada baş verənlərə toxunub, İsrailə qarşı ənənəvi ittihamlar səsləndirib və zəvvarları zalımlara, İsrailə və onu dəstəkləyənlərə qarşı mövqe nümayiş etdirməyə çağırıb.

İran hakimiyyətinin Həcc mərasimindən siyasi məqsədlər üçün istifadə etməsi dəfələrlə Ər-Riyadla Tehran arasında münasibətlərin gərginləşməsinə yol açıb.

İranlı zəvvarlar 1987-ci ildə Məkkədə siyasi aksiya keçirib. Bu zaman polislə yaranan qarşıdurma nəticəsində 280 zəvvar həyatını itirib.

Bundan nəticə çıxarmayan Əli Xamenei 2015-ci ildə bir daha zəvvarlardan siyasi-ideoloji məqsədlər üçün istifadə edib, Məkkədə qanlı qarşıdurma yaranmasına səbəb olub. Həmin il ziyarətçi adı ilə Məkkəyə göndərilən və siyasi-ideoloji təbliğatını aparmaq üçün təlimatlandırılan hakimiyyət məmurlarının iğtişaş törətmələri daha çox insanın həyatını itirməsi ilə nəticələnib. Belə ki, iranlı zəvvarlar Məkkədə geniş iğtişaşa əl atıb, siyasi aksiya keçirib və Həcc ziyarəti mərasimini pozublar. Bunun qarşısını almağa çalışan Səudiyyə Ərəbistanı polisinə müqavimət göstərdikləri üçün isə qanlı toqquşma olub. Güc tətbiq etməyə məcbur olan Səudiyyə Ərəbistanı polisi ilə yaranan qarşıdurma nəticəsində bu dəfə 460 iranlı həlak olub.

Bundan sonra Səudiyyə Ərəbistan və İran arasında münasibətlər daha da gərginləşib, Əl-Riyad müqəddəs məkanlarda nəzarəti gücləndirib.

İranın Həcc və Ziyarət Təşkilatının verdiyi məlumata görə, bu il 87550 iranlı zəvvar Həcc ziyarətinə gedəcək.

Müstəqil mənbələrin verdiyi məlumata görə, onların arasında minlərlə təbliğatçı var və Tehran hakimiyyəti builki Həcc ziyarətini antiisrail mərasiminə çevirməyi planlaşdırıb.

Əli Xameneinin son çağırışı İran hüdudlarından kənarda yaşayan nüfuzlu din xadimləri və şiə müctəhidlərinin də narazılığına səbəb olub. Onlar İran hakimiyyətini özünün siyasi məqsədləri naminə islamın müqəddəs mərasimləri və məkanlarından sui-istifadə etməsinin islam qaydaları və təlimlərinə zidd olduğunu bildiriblər.

Bir sıra yerli mənbələrin məlumatlarında isə bildirilib ki, Əli Xameneinin çağırışından sonra çox sayda iranlı zəvvar Məkkəyə getməkdən qorxaraq, Həcc və Ziyarət Təşkilatına səfərdən imtina ilə bağlı müraciətlər ediblər./axar.az





Paylaş:


Müəllif : Tarix:
7-05-2024, 11:15
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər