reklam
Regionxeberlericom.az » Cəmiyyət » Ögey atasını öldürmüşdü, cəza verilmədi

reklam

Ögey atasını öldürmüşdü, cəza verilmədi

















Ögey atasını xüsusi amansızlıqla öldürməkdə ittiham olunan Elgün Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində aparılan araşdırma zamanı müttəhimin hadisəni törədərkən anlaqsız vəziyyətdə olması sübut olunub.

Prokuror da ekspert rəyi ilə razılaşıb, şəxsin anlaqsız vəziyyətdə cinayət törətdiyini qəbul edib.

Səbinə Məmmədzadənin sədrlik etdiyi hakimlər heyətinin hökmü ilə 22 yaşlı E.Abbasov anlaqsız vəziyyətdə cinayət törətdiyinə görə cəzadan azad edilib. Hökm qanuni qüvvəyə mindikdən sonra müttəhim barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicə tətbiq ediləcək. 

Qeyd edək ki, hadisə Binəqədi rayonunda qeydə alınıb. E.Abbasov münaqişə zəminində ögey atası-45 yaşlı Rahib Mehdiyevi bir neçə bıçaq zərbəsi ilə qətlə yetirib.

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (Qəsdən adam öldürmə - xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb. Bu maddənin sanksiyasında 14 ildən 20 ilə və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.




Paylaş:


Müəllif : Tarix:
8-05-2024, 12:38
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər