reklam
Regionxeberlericom.az » Cəmiyyət » Naməlum şəhid kimi dəfn edilmişdi, kimliyi bilindi - Video

reklam

Naməlum şəhid kimi dəfn edilmişdi, kimliyi bilindi - Video
















Birinci Qarabağ müharibəsində itkin düşən, 30 ildən sonra dəfn olunduğu yer, kimliyi müəyyən edilən şəhid Habil Oruc oğlu İsmayılovun qalıqları ailəsinə təhvil verilib.

RegionXəbərləricom.az APA-ya istinadən xəbər verir ki, şəhidin qalıqları Lənkəranda dəfn edilib.

Qeyd edək ki, Birinci Qarabağ müharibəsində itkin düşən Habil Oruc oğlu İsmayılovun Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən "Peyğəmbərlik" qəbiristanlığında naməlum şəhid kimi dəfn olunduğu aşkarlanıb və kimliyi müəyyən edilib. 1975-ci il təvəllüdlü Habil İsmayılov 18 yaşında, 1993-cü ildə həqiqi hərbi xidmətə yola düşüb. Füzuli və Xocavənd rayonlarının Horadiz, Şişqaya istiqamətində gedən döyüşlərdə iştirak edib. Sonuncu dəfə 1993-cü ilin dekabr ayında ailəsi ilə görüşüb. 1994-cü ilin yanvar ayının 27-dən itkin düşüb.




Paylaş:


Müəllif : Tarix:
8-05-2024, 22:03
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər