Oteldəki zəhərlənmə ilə bağlı yeni şok iddia – Dərman içiblər?
Bakıda 4 dostun oteldə zəhərlənməsi mövzusu hələ də gündəmdədir. Ailələr dostların oteldəki qidadan zəhərləndiklərini iddia etsələr də, 1 saylı Şəhər Klinik Xəstəxanasının həkimləri bu zəhərlənmədə şübhəli məqamların olduğunu istisna etmir. Bundan başqa, iddia olunur ki, gənclər potensiyanı artıran dərmanlarla spirtli içki qəbul ediblər, nəticədə ürəkləri dayanıb.
Qidadan və ya içkidən zəhərlənmə halında ani ölüm baş verə bilərmi? İçki ilə dərmanı qarışdırmağın fəsadı nədir?
Mövzunu Globalinfo.az-a şərh edən tibb elmləri doktoru, həkim-cərrah Adil Qeybulla deyib ki, istənilən ölüm halı evdə, müxtəlif yerlərdə, o cümlədən stasionarda baş veribsə, bu, mütləq autopsiya edilməlidir.
Onun sözlərinə görə, ölümün birbaşa səbəbi ekspertizadan sonra məlum olur:
“İstər qidadan, istər alkoqoldan qəfləti ölüm mümkündür. Bunlar orqanizmdə həyatla bir araya sığmayan situasiyalara bağlıdır. Məsələn, qidadan zəhərləndikdən dərhal sonra baş verən ölüm halı xüsusilə vakulist xəstəliyindən baş verir. Bu, qida toksiki infeksiyalarıdır. Hansı ki, həmin mikrob müəyyən optimal dozalarda ölüm həddinə çatdıra bilir. Digər hal isə alkoqola bağlıdır. Alkoqol əgər texniki standartlardan kənar hazırlanıbsa, əlbəttə, orada müəyyən fəsadlar, o cümlədən də ölüm baş verə bilər. Müxtəlif versiyalar irəli sürülür. Hər halda son sözü Məhkəmə Tibbi Ekspertizası deməlidir”.
Adil Qeybulla
A.Qeybulla deyib ki, ekspertiza rəyindən sonra konkret fikir bildirmək olar:
“Bəzən insanlar özləri müəyyən səhvlərə yol verə bilirlər. Məsələn, əgər hansısa spirtli içki ilə birgə dərman da qəbul ediblərsə, o zaman faktiki olaraq məsuliyyət həmin şəxslərin öz üzərinə düşür. Burada qəsd və xüsusilə də hüquqi məsuliyyət yaradan ciddi bir səhlənkarlıq varsa, əlbəttə, həmin işdə məsul olan kəslər məsuliyyət daşıyırlar. Gənclərin nədən ölməsi ilə bağlı çox iddia ortaya atıla bilər, amma hər biri konkret araşdırılmalıdır. Şayiələr ona görə ortaya çıxır ki, ölümün səbəbi hələ araşdırılmayıb”.
Redaksiya deyilənlərlə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazır olduğunu bildirir.
Paylaş:
Müəllif : Fuad
Tarix:11-05-2024, 00:10
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər