reklam
Regionxeberlericom.az » Cəmiyyət » Goranboyun bir neçə kəndinə dolu yağdı

reklam

Goranboyun bir neçə kəndinə dolu yağdı
















Goranboyun bir neçə kəndinə güclü yağış və dolu yağıb.

"Report"un Qərb bürosunun məlumatına görə, dolu əsasən rayonun Zeynallı, Nərimanlı və Boluslu kəndlərinə düşüb.

Təxminən 10 dəqiqədən artıq davam edən təbiət hadisəsi zamanı tut, alça, ərik və digər meyvə ağaclarına zərər dəyib.

Dolu bir neçə avtomobil də zərər vurub. Sakinlər bildirib ki, son bir neçə ildə adıçəkilən kəndlərdə bu ölçüdə dolu müşahidə edilməyib.

Qeyd edək ki, Qərb bölgəsində yağıntılı hava şəraiti müşahidə olunur. Günorta saatlarında bölgədə Tovuz və Göygöl rayonlarına da dolu yağıb. Hazırda yağıntılı hava şəraiti davam edir.





Paylaş:


Müəllif : Tarix:
12-05-2024, 22:37
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər