“Yunanıstanla ticarətimizi 10 milyarda çatdırmaq məqsədimiz var” – Ərdoğan
“Biz dialoq kanallarını açıq saxlamağa razıyıq. Baş nazirlə çox səmimi və konstruktiv görüşümüz oldu”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstanın Baş naziri Kiryakos Miçotakislə görüşündən sonra baş tutan mətbuat konfransında deyib.
Türkiyə başçısı bildirib ki, görüş zamanı onlar iki ölkə arasında olan problemləri müzakirə edib:
“Görüşlərimiz zamanı Türkiyə-Yunanıstan münasibətlərindəki bir-biri ilə əlaqəli problemləri də müzakirə etdik. Biz problemləri dialoq yolu ilə həll etmək iradəmizə sadiqik. İkitərəfli ticarətimizi 10 milyard dollara çatdırmaq məqsədimiz var. Münasibətlərimizdəki müsbət atmosferin Yunanıstandakı türk azlıqlarımızın və soydaşlarımızın hüquqlarının təmin olunmasına töhfə verəcəyini gözləyirik”.
Paylaş:
Müəllif : Fuad
Tarix:13-05-2024, 21:18
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:13-05-2024, 21:18
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti