reklam
Regionxeberlericom.az » Cəmiyyət » Masazırda ağacların kəsilməsinin “icazəsini“ Nurlan Həsənov verib? - VİDEO

reklam

Masazırda ağacların kəsilməsinin “icazəsini“ Nurlan Həsənov verib? - VİDEO












Abşeron rayonunun Masazır qəsəbəsində tikilən obyektin sahibi yol kənarındakı ağacların “soyqırımı”nı həyata keçirməsinə aidiyyatı qurumlar susur

Ötən həftə Abşeron rayonunun Masazır qəsəbəsində tikilən obyektin sahibi yol kənarındakı ağacların “soyqırımı”nı məruz qalması barədə sosial şəbəkələrdə video kadrlar yayıldı. Yayılan görüntülərdə aydın görünür ki, obyektin tikintisi zamanı binanın qarşısında ağaclar müşahidə edilsə də, bir müddət sonra çəkilmiş videoda həmin ağaclar gözə dəymir.

Məsələ ilə bağlı AzFakt.com-un əldə etdiyi məlumata görə, Masazır qəsəbəsində tikilən obyektin sahibi ağacların qırılmasına görə "icazəni" Abşeron Rayon İcra Hakimiyyətindən alıb. Bildirilir ki, obyekt sahibinə ağacların bir gecədə yoxa çıxarılmasına "yaşıl işığı" Abşeron İcra Hakimiyyətində tikinti işlərinə nəzarət edən Nurlan Həsənov yandırıb.

Məlumata görə, ağaclar kəsildikdən sonra onların yerinə bir neçə gün dibçəklərə basdırılmış dekorativ ağaclar yerləşdirilib və daha sonra onlar da götürülüb.

Qeyd edək ki, hazırda Abşeron RİH-də Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində Baş məsləhətçi vəzifəsində işləyən Nurlan Həsənovun əsas işi rayonda qanunsuz tikinti işlərinə nəzarət etmək və "icazə" işlərini həll eləməkdən ibarətdir.

Bildirək ki, məsələ ilə bağlı aidiyyatı qurumlar başda Abşeron RİH-i və digərləri susqunluq nümayiş etdiriblər.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

[media=https://www.youtube.com/shorts/H6MqRsQb68o?feature=share]




Paylaş:


Müəllif : Tarix:
14-05-2024, 08:35
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər