Prokurorluq və DİN müsavatçının qətli ilə bağlı məlumat yaydı – Yenilənib
“Cari il may ayının 9-da Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən məktəblərdən birində mühafizəçi işləyən 1964-cü il təvəllüdlü Natiq Mehdi Məhəmməd oğlunun itkin düşməsi barədə məlumat daxil olub”.
Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.
Bildirilir ki, məlumat əsasında Xətai rayon prokurorluğu və rayon polis idarəsinin əməkdaşları tərəfindən həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Natiq Mehdinin qeyd olunan tarixdə saat 23 radələrində iş yoldaşı 1966-cı il təvəllüdlü İslamov Elsevər Eldar oğlu tərəfindən paytaxtın Xətai rayonu ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qəsdən öldürülməsinə və Xəzər rayonu ərazisində basdırılmasına əsaslı şübhələr müəyyən edilib:
“Natiq Mehdinin meyiti basdırıldığı yer Elsevər İslamovun istintaqa verdiyi ifadə əsasında müəyyən olunaraq prokuror-kriminalistin və ekspert iştirakı çıxarılıb, iş üzrə zəruri ekspertizalar təyin olunmaqla intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsilə işi başlanıb. Elsevər İslamov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub”.
***16:05
İtkin düşmüş Müsavat partiyası fəalının qətlə yetirildiyi məlum olub.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən APA-ya bildirilib.
Qeyd olunub ki, Natiq Mehdi Məhəmməd oğlunun itkin düşməsi barədə polisə daxil olmuş müraciət üzrə araşdırma aparılıb.
“1964-cü il təvəllüdlü Natiq Mehdi Məhəmməd oğlunun iş yoldaşı 1966-cı il təvəllədlü İslamov Elsevər Eldar oğlu tərəfindən şəxsi münasibətlər zəminində qətlə yetirilməsinə əsaslı şübhələr müəyyən edib. Elsəvər İslamov polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Hazırda araşdırma aparılır”.
***14:05
Müsavat Partiyasının üzvü Natiq Mehdi (Ulubəy) üç gündür yoxa çıxıb.
Bu barədə partiyanın rəsmi sosial media hesablarında dərc olunan məlumatda deyilir.
Bildirilir ki, ailə üzvləri onun öz avtomobili ilə birgə itkin düşməsi ilə bağlı polisə məlumat veriblər.
“Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı onun telefonun zəng çatmadığını, harada olduğunun öyrənilməsi üçün səylər göstərildiyini bildirib.
Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Elşad Hacıyevlə əlaqə saxladıq. Elşad Hacıyev sorğumuzu araşdıraraq cavab verəcəyini bildirdi”.
Qeyd edək ki, Natiq Ulubəy Müsavat Partiyasının başqanlığına öz namizədliyini irəli sürmüş, qurultaya bir neçə gün qalmış namizədliyini geri götürmüşdü.
(Yeniavazcom)
Paylaş:
Müəllif : Fuad
Tarix:14-05-2024, 22:07
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər