İsa Qəmbər deputatlığa namizəd olacaq? – MÜSAVATDAN AÇIQLAMA
Parlament seçkilərinin vaxtından əvvəl keçirilməsi ilə bağlı iddialar yavaş-yavaş doğrulur. Bir sıra ictimai xadimlər və partiyalar artıq hazırlıq prosesinə başlayıb. Olduqca yüksək ehtimalla parlament seçkiləri yayın sonunda, təxminən avqust ayında keçiriləcək.
Cəmiyyətdə geniş müzakirələrə səbəb olan mövzulardan biri də Müsavat partiyası və yenidən onun başqanı seçilən İsa Qəmbərin də parlament seçkilərində iştirak edib-etməyəcəyidir.
Bəziləri İsa Qəmbərin seçkilərdə iştirak edəcəyini düşünsə də, digərləri, ənənələrinə sadiq qalaraq, partiya və liderinin bu seçkiyə də qatılmayacağını qeyd edir.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan Müsavat Partiyasının Mərkəzi İcra Aparatının sədri Gülağa Aslanlı bildirib ki, İsa Qəmbərin və digər partiya üzvlərinin seçkilərdə iştirakı Müsavat Partiyasının verəcəyi qərardan asılıdır:
“Müsavat həmişə seçkilərdə iştirak etmək fikrində olan partiyadır. Çünki onun nizamnaməsində hakimiyyət dəyişikliyinin ancaq seçki yolu ilə olması nəzərdə tutulub. Ona görə də, seçkilərlə bağlı hakimiyyətin qərarı olduqdan sonra Müsavat Partiyasının Divanı bu məsələ barədə öz qərarını verəcək”.
Gülağa Aslanlı bildirib ki, seçkilərdə iştirakla bağlı qərar veriləcəksə, İsa Qəmbər də namizəd kimi təqdim olunacaq:
“Partiyada qərarlar bir nəfərin istək və arzusu ilə verilmir. Seçkidə iştirak etməklə bağlı qərar olacaqsa, İsa bəyin və başqa Müsavat üzvlərinin də hansı dairədən namizədliyi məsələsi müzakirə olunacaq. İsa bəy hansı dairəni seçəcəksə, həmin dairədən onun namizədliyi dəstəklənəcək”.
Paylaş:
Müəllif : Fuad
Tarix:16-05-2024, 14:12
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər