reklam
Regionxeberlericom.az » Cəmiyyət » Taksi qiymətləri 4 manat 50 qəpik olacaq? - Açıqlama

reklam

Taksi qiymətləri 4 manat 50 qəpik olacaq? - Açıqlama

















Azərbaycanda minimal taksi qiymətlərinin 4 manat 50 qəpik olacağı ilə bağlı xəbərlər yayılıb.  “Qafqazinfo” xəbər verir ki, bununla bağlı məlumatı taksi şirkətlərində işləyən sürücülər deyib.

Yayılan məlumatlarda artımla bağlı qərarın iyunun 1-dən qüvvəyə minəcəyi bildirilib. 

Sürücülərin əksəriyyəti vurğulayıb ki, artıq istehsal ili 1999-cu il olan avtmobillərə sifarişlər bloklanıb. Bunun nəticəsində yaranan taksi çatışmazlığı isə qiymət artımına səbəb olub. 

Məsələ ilə bağlı taksi şirkətləri ilə əlaqə saxladıq. 

“Bolt” taksi şirkətindən saytımıza cavab olaraq bildirildi ki, xəbər həqiqəti əks etdirmir: “Yalan məlumatlardır”.

“Uber” taksi şirkəti isə suala cavab verməkdən imtina etdi: “Bu suala bir cavabımız yoxdur”.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Sputnik.az-ın sorğusuna cavab verib: “Taksi sifarişi operatorları sözügedən icazəsi olmayan taksi minik avtomobilinin sürücüsünə sifariş ötürə bilməzlər. Bunu edən taksi operatorları İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cərimələnəcəklər. İstehsal tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri kimi istifadə edilə bilməz. Taksi fəaliyyəti ilə məşğul olmaq üçün müvafiq tələbləri ödəyən sürücülər 2024-cü ilin iyul ayının 1-nə qədər AYNA-ya müraciət edərək buraxılış ilindən 15 il keçməyən nəqliyyat vasitələrinə buraxılış kartı ala bilərlər. Əgər iyul ayın 1-ə qədər müraciət etməsələr, daha sonrakı tarixdə bu kartları ala bilməyəcəklər. 2024-cü ilin iyul ayının 1-dən sonra buraxılış kartı almaq üçün təqdim edilən avtomobillər - buraxılış ilindən 8 il keçməyən avtomobillər olmalıdır. Sözügedən şərtlər əsasında qiymətlərin bahalaşması iddialarına gəlincə, taksi minik avtomobilləri ilə daşıma qiyməti tələb və təklif əsasında tərəflərin qarşılıqlı razılığı ilə müəyyən olunur. Hazırda qiymət fəaliyyət göstərən taksi operatorları tərəfindən rəqabət şəraitində formalaşır. Yeni qaydaların qüvvəyə minməsi ilə taksi xidməti sahəsi tənzimlənəcək və peşəkar əmək bazarı formalaşacaq. Bununla da peşəkar taksi sürücülərinin fəaliyyəti üçün münbit şərait yaranacaq”.

Qeyd edək ki, ötən ilin iyul ayında taksi şirkətlərində minimal qiymət 1 manat 60 qəpikdən 2 manat 50 qəpiyə qaldırılmışdı. 




Paylaş:


Müəllif : Tarix:
17-05-2024, 15:05
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər