Əfv Komissiyasının iclasları yekunlaşır
Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclasları yekunlaşır, sənədlər təqdim olunacaq.
RegionXəbərləricom.az "Report"a istinadla xəbər verir ki, bu barədə Komissiyanın üzvü, Mətbuat Şurasının sədri Rəşad Məcid məlumat yayıb.
O bildirib ki, Komissiyasının bu il indiyədək 5 iclası keçirilib: "Növbəti iclas isə mayın 22-nə təyin olunub. Həmin iclasdan sonra daha bir toplantının da keçirilməsinə ehtiyac ola bilər".
R.Məcid qeyd edib ki, ötən müddətdə Komissiyaya ümumilikdə 5 minə yaxın müraciət daxil olub: "Qaydalara uyğun olan müraciətlərin sayı isə təxminən 500-ə yaxın idi. Hər iclasda təxminən 100 müraciətə baxılır, səsvermədən sonra qərar qəbul olunur".
Onun sözlərinə görə, əfv müraciətlərinin sırasında ağır cinayətlərdən tutmuş, ehtiyatsızlıqdan törədilən cinayətlərə qədər var: "Bütün müraciətlərə, o cümlədən əcnəbilərin və qadınların əfv üçün müraciətlərinə baxılır, hər biri ətrafında geniş müzakirələr aparılır".
Paylaş:
Müəllif : Fuad
Tarix:18-05-2024, 14:15
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər