Güney məktəblərində türk dilində dərslər: - “Fars şovinizmi təbliğ olunur”
İranın hakim molla rejimi Güney Azərbaycanın bəzi bölgələrində orta məktəblərdə tədrisin türk dilində aparılmasına icazə verib.
Ancaq tədris prosesinin necə aparılması barədə məlumat yoxdur.
Maraqlıdır, türk dilində hansı dərslər tədris olunur?
Tarix, ədəbiyyat və digər fənnlərdə Azərbaycan tarixi təhrif edilmir ki? Ümid Partiyası və Borçalı cəmiyyəti sədrinin müavini Rüfət Muradlı Cebhe.info-ya açıqlamasında deyib ki, türk dilində tədrisə icazə verilməsi illərdir aparılan mübarizənin nəticəsidir:
“Öncə nəzərinizə çatdırım ki, son zamanlar İranın Azərbaycan ostanlarında Ana dilimizdə təhsillə bağlı səsləndirilən bəyanatlar illərlə dilimiz uğrunda aparılan mübarizələrin məhsuludur. Amma soydaşlarımızın əsas tələbi Ana dilimizin hər hansı xarici dil kimi, özü də il ərzində cəmi 60 saat tədris edilməsi yox, fars dili kimi bütün fənlərin də məhz ana dilimizdə keçirilməsidir. Görünən budur ki, rəsmi dairələrdə bu haqda hələ söhbət belə getmir. Özü də bu elə bir halda baş verir ki, təxminən iki ay öncə Güneydəki balalarımıza qarşı “bəsəndegi farsi” - fars dilinin yetərliliyi adlı test tətbiq etməyə başladılar. Bu testə görə ibtidai sinfə gedən balalar artıq farscadan ilkin imtahan verməyə məcbur edilirlər. Bu da artıq evlərdə, orta məktəb yaşına çatmamış uşaqlarla ana dilimizdə danışmaq imkanını da məhdudlaşdırmaq, aşkar assimilyasiya nümunəsidir. Ümumiyyətlə, İrandakı orta məktəblərdə əsasən, perslərin tarixi, özü də ötən əsrin 30-cu illərində Əhəmənilərdən başlayan saxta tarix konsepti tədris olunur ki, uşaqlarda məhz perslərin tarixinə, mədəniyyətinə də sevgi aşılansın. Azərbaycan ya Türk tarixinə münasibət isə birmənalıdır: əsas məqsəd onları gəlmə, sivilizasiyadan məhrum etnos kimi göstərmək, türk uşaqlarda bu yöndə aşağılıq kompleksi formalaşdırmaqdır. Orta məktəb dərsliklərində bu tendensiya hakimdir”.
Rüfət Muradlının sözlərinə görə, bu düşüncə Pəhləvilərin zamanında formalaşsa da, İslam Respublikası dönəmində də dəyişməyib:
“Təsəvvür edin ki, inqilabın ilk illərində tarixə baxış konseptində islamlaşma müşahidə olunsa da, artıq paniranist yanaşma yenə önə keçib. 40 il öncə Xomeyni Əhəməni şahı Kuruşun məzarını dağıtmaq əmri vermişdisə, bu gün ora yenə ziyarətgaha çevrilib. Əslində, bu gün dövlətin ideoloji xətti şiə-paniranist müstəvisindədir. Bu da ölkə əhalisinin yarısını təşkil edən, özü də şiə məzhəbinin daşıyıcısı olan Azərbaycan türklərinin daha çox assimilyasiyaya uğramasına səbəb olur”.
Paylaş:
Müəllif : Yazar
Tarix:25-09-2019, 15:56
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:25-09-2019, 15:56
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
21-11-2024, 12:40
RƏQQASƏ Bakıda faciəvi şəkildə öldü - Son kadrları yayıldı: Təsirli GÖRÜNTÜLƏR + VİDEO
21-11-2024, 10:33