reklam
Regionxeberlericom.az » Dünya » Oliqarxın ölkədən qaçışının sensasion təfərrüatları - SEPARATÇI BÖLGƏYƏ KEÇİR, YOLDA “MERCEDES” XARAB OLUR...

reklam

Oliqarxın ölkədən qaçışının sensasion təfərrüatları - SEPARATÇI BÖLGƏYƏ KEÇİR, YOLDA “MERCEDES” XARAB OLUR...


Moldova KİV-ləri qalmaqallı oliqarx Vladimir Plaxotnyukun 2019-cu ilin iyun ayında ölkədən necə qaçmasına dair sensasion təfərrüatları dərc edib. Virtualaz.org xəbər verir ki, bu təfərrüatlara əsasən oliqarx separatçı Dnestryanı bölgəsinə keçib və oradan özəl təyyarə ilə ABŞ-ın Mayami şəhərinə uçub.

Bildirilir ki, iyunun 14-də, yerli vaxtla saat 17.00-la 18.00 arasında Plaxotnyuk “Mercedes” markalı avtomobildə hər hansı yoxlamaya məruz qalmadan Bıçok kəndi yaxınlığından Dnestr çayını keçib və separatçı Dnestryanı regionuna daxil olub. Orada onu separatçı regionun xüsusi xidmət orqanlarının əməkdaşları, habelə Ukraynadan Plaxotnyukun yaxın dostu və partnyoru, keçmiş prezident Pyotr Poroşenkonun şəxsi mühafizə xidmətinin rəisinin başçılıq etdiyi qrup gözləyirdi. Həmin qrup Ukrayna sərhədini yoxlamasız keçərək Dnestryanına daxil olub.

Yolda Plaxotnyukun “Mercedes”i xarab olub və o, həmin markadan olan mikroavtobusa oturub. Gecə yarısına yaxın Plaxotnyuk və adamları çarter təyyarəsinə oturublar və Mayamiyə uçublar. Oliqarxın hazırda orada olduğu bildirilir.

Moldova mətbuatı yazır ki, oliqarxın qaçışından əvvəl onun başçılıq etdiyi Demokrat Partiyasının Kişnyovdakı ofisinə ABŞ səfiri Derek Hoqan gedib. Jurnalistlər təxmin edirlər ki, səfir Plaxotnyuku mümkün həbsi və ya məhv edilməsi barədə xəbərdar edib, ona təhlükəsizlik qarantiyası əvəzində təslim olmaq təklifi verib.

Xatırladaq ki, Plaxotnyukun qaçışı ərəfəsində Moldovada siyasi böhran və faktiki ikihakimiyyətlilik yaranmışdı. Avropameylli partiyalardan biri rusiyameylli qüvvələrlə koalisiya yaradaraq yeni hökumət formalaşdırsa da Plaxotnyukun partiyasının formalaşdırdığı hökumət də fəaliyyətini davam etdirməyə çalışırdı.

Plaxotnyuk Rusiya tərəfindən axtarılır. 2019-cu ilin fevralında Rusiya Daxili İşlər Nazirliyi onu 2013-2014-cü illərdə Rusiyadan qanunsuz yollarla 37 milyard rubl çıxarmaqda ittiham edib. Moskvanın Basmannıy rayon məhkəməsi oliqarxın barəsində qiyabi həbs qərarı çıxarıb. Habelə Rusiyada Plaxotnyuku və onun partiyasından keçmiş deputat Konstantin Tsutsunu 28 epizod üzrə qaçaqmalçılıqda, xüsusilə iri məbləğdə narkotiklərin satışında ittiham edir.


Paylaş:


Müəllif : Tarix:
26-09-2019, 09:07
Sikayət   


loading...
Загрузка...