reklam
Regionxeberlericom.az » Dünya » Bayden onları aviabazada qarşıladı - Fotolar

reklam

Bayden onları aviabazada qarşıladı - Fotolar

















Xəbər verdiyimiz kimi, ötən gün ABŞ ilə Rusiya arasında tarixi məhbus mübadiləsi baş tutub. Birləşmiş Ştatlar mübadilə çərçivəsində üç vətəndaşını geri qaytarıb. Bunlar “The Wall Street Journal”ın jurnalisti Evan Qerşkoviç, “AzadlıqRadiosu”nun Tatar-Başqırd xidmətinin jurnalisti Alsu Kurmaşeva və keçmiş dəniz piyadası Pol Uilandır.

Prezident Co Bayden Rusiya ilə böyük mübadilə nəticəsində azad edilən ABŞ vətəndaşlarının ailələrini Oval kabinetdə qonaq edib. Bu zaman o, sərbəst buraxılan 3 nəfərlə telefonla əlaqə saxlayaraq ailə üzvləri ilə danışdırıb.

Daha sonra o vitse-prezident Kamala Harrislə birlikdə məhbusları Endryus Hərbi Hava Qüvvələri bazasında qarşılayıb.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin də ölkəsinə qaytarılan 8 nəfəri Moskvanın Vnukovo hava limanında qarşılayıb.

Xatırladaq ki, 26 nəfərin qaytarıldığı mübadilə prosesi Ankara hava limanında baş tutub. Prosesdə 7 ölkə - Rusiya, Belarus, ABŞ, Almaniya, Polşa, Sloveniya və Norveç iştirak edib.

Rusiya Qərb ölkələrinə 16 nəfəri təhvil verib, əvəzində 10 nəfər məhbusu geri alıb. Bildirilir ki, onlardan ikisi azyaşlı olmaqla 10-u Rusiyaya, 13-ü Almaniyaya, 3-ü isə ABŞ-yə göndərilib. Uşaqların Qərbdə Rusiya xeyrinə casusluqda ittiham olunan Anna və Artyom Dultsevaların övladları olduğu qeyd olunub.

Məlumata görə, məhbusların mübadiləsinə dair danışıqlar bu ilin iyulunda Ankaranın vasitəçiliyi ilə aparılıb. Prosesi Türkiyə kəşfiyyatı (MİT) koordinasiya edirdi. Bu, İkinci Dünya müharibəsinin bitməsindən bəri ABŞ və Rusiya arasında ən böyük məhbus mübadiləsi kimi

 dəyərləndirilir.





Paylaş:


Müəllif : Tarix:
2-08-2024, 12:08
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər