Rusiya və Çinin bu addımı ABŞ-ı qorxuya saldı: Ordu hərəkətə keçdi
Pentaqon Alyaska ilə yanaşı, yaxınlıqdakı adalara da əlavə qoşun yeridib
Bugünlərdə ABŞ Alyaskaya çoxlu sayda raket sistemləri və hərbi qüvvələr yerləşdirib. Buna səbəb isə Rusiya və Çinin birgə təlimləri zamanı 8 hərbi təyyarə və 2 sualtı qayıqla Alyaskaya doğru hərəkət etməsi olub.
Moderator.az ABŞ mediasına istinadən xəbər verir ki, təlim zamanı ABŞ-ın sərhədləri pozulmasa da, rəsmi Vaşinqton bu addımı müttəfiqlərin Alyaskaya “hücum məşqi” kimi dəyərləndirib. Bu səbəbdən də Pentaqon Alyaskaya əlavə raket birləşmələri göndərməklə bu bölgənin təhlükəsizliyini gücləndirməyi qərara alıb.
Sentyabrın 20-də açıqlama verən rəsmilər Alyaskada raket sistemlərinin yerləşdirilməsi prosesini başa çatdırdıqlarını bəyan ediblər. Alyaska ilə yanaşı, yaxınlıqdakı bir sıra adalara da hərbçilər yerləşdirilib.
11-ci Hava-desant diviziyasının komandiri general-mayor Cozef Hilbert bildirib ki, Alyaskadan 1200 mil (1930 kilometr) cənub-qərbdəki adaya yerləşdirmə “lazımi vaxtda” edilib və uğurla başa çatdırılıb.
Məlumat üçün qeyd edək ki, Alyaska ABŞ-la Rusiya arasında hərbi toqquşma ehtimalının yüksək olduğu məkanlardan biri hesab edilir.
Paylaş:
Müəllif : Fuad
Tarix:20-09-2024, 20:31
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər