reklam
Regionxeberlericom.az » Dünya » İran Ermənistana qucaq açdı - Heç də heyrətlənmədik...

reklam

İran Ermənistana qucaq açdı - Heç də heyrətlənmədik...


Ermənistanın baş naziri Nikol Paşinyan İrana Qarabağ məsələsindəki “ölçülü-biçili” mövqeyinə görə təşəkkür edib.
Modern.az-ın məlumatına görə, “Azadlıq” radiosunun erməni xidməti xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan bu ölkədə keçirilən Avrasiya İqtisadi İttifaqının iclasında iştirak üçün gəlmiş İran prezidenti Həsən Ruhani ilə görüşüb.

Paşinyan İran prezidenti ilə söhbətində deyib ki, Tehran və Yerevan arasında münasibətlər yüksək səviyyədə qalmaqda davam edir.

Ermənistan baş naziri onu da deyib ki, Yerervan Tehranla münasibətlərinin imkan daxilində geosiyasi təsirlərdən kənarda qalmasını istəyir.

Bu, Həsən Ruhaninin Ermənistana ölkədə baş vermiş “məxməri inqilabdan” sonra ilk səfəridir.

İran prezidenti Nikol Pashinyanla görüşdə deyib:

“Biz dost və qonşu Ermənistanla bütün sahələrdə münasibətlərin inkişaf etdirilməsi və genişləndirilməsinə tərəfdarıq. Biz sizin hökumətinizlə yeni proqramların işlənməsi və reallaşdırılması, qaz-elektrik enerjisi mübadiləsi proqramının genişləndirilməsinə tərəfdarıq”.

Ruhani əlavə edib ki, İran Ermənistana qaz enerjisinin elektrik enerjisinə çevrilməsində, külək və günəş enerjisindən istifadə proqramlarında dəstək verə bilər.

İran prezidenti bunu da qeyd edib ki, onun ölkəsi Ermənistanla nəqliyyat infrastrukturlarının yaradılması sahəsində əməkdaşlığa hazırdır.

Tərəflər habelə dəmir yolu, yüksək texnologiyalar, gömrük, elm və turizm sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Həsən Ruhani deyib ki, baş nazir Paşinyanın İrana səfərindən sonra iki ölkə arasında ticarət dövriyyəsi xeyli artıb.

Ruhani bildirib ki, Tehran Yerevana Meqri su elektrik stansiyasının inşasında kömək edə bilər.

Tərəflər habelə Fars körfəzindən Qara dənizə tranzit yolları layihələrini müzakirə ediblər.

Məlumatlara görə, Ruhani və Paşinyan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsinə də toxunublar.

Paşinyan İran prezidentinə Qarabağ məsələsində “ölçülü-biçili” mövqeyinə görə təşəkkür edib.

Öz növbəsində Ruhani bu münaqişənin dinc vasitələrlə və bütün tərəflərin maraqlarının nəzərə alınması ilə həllinin vacibliyini vurğulayıb.


Paylaş:


Müəllif : Tarix:
2-10-2019, 10:03
Sikayət   


loading...
Загрузка...