Koreya yarımadasında gərginlik pik həddə: müharibə təhlükəsi artır
Politoloq: “Hər iki ölkə istənilən kompromisləri zəiflik əlaməti kimi qəbul edir”
Şimali Koreya dünən səhər Cənubi Koreyaya gedən avtomobil və dəmir yollarının hissələrini partladıb. Bu barədə Cənubi Koreya Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsi məlumat yayıb. Rəsmi Seul bu addımı pisləyib, Pxenyanı Koreya yarımadasında gərginliyi artırmağa davam etməkdə ittiham edib. Partlayışlar Şimali Koreya ərazisində baş verib. Partlayışlarda Cənubi Koreya hərbçilərinin xəsarət almadığı qeyd olunub.
Şimali Koreya daha əvvəl yolları “alt-üst etmək” və bununla da Şimali Koreyanı Cənubi Koreyadan “tamamilə ayırmaq” planlarını açıqlamışdı. Pxenyan bu addımı Cənubi Koreyanın hökumət əleyhinə vərəqələr daşıyan pilotsuz təyyarələr buraxmasına reaksiya adlandırıb. Onların Pxenyana çatdıqları iddia edilir. Şimali Koreya tərəfi bildirib ki, ABŞ ordusuna yolları partlatmaq planları barədə xəbərdarlıq edib.
Yollar bu yaxınlarda Cənubi Koreya büdcəsi hesabına yenidən qurulub. Onlar iki ölkənin mümkün əməkdaşlığının və dinc yanaşı yaşamasının simvolu kimi qiymətləndirilib. Lakin son vaxtlar texniki baxımdan hələ də müharibə şəraitində olan iki Koreya arasında münasibətlər yenidən gərginləşib. Şimali Koreya yenidən sərhədlərini möhkəmləndirməyə başlayıb.
Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Conq bu yaxınlarda bildirib ki, Pxenyan pilotsuz təyyarələrin buraxılmasını müharibəyə səbəb ola biləcək təcavüz kimi qiymətləndirir. Kim Çen Inın özü də oktyabrın 14-də Şimali Koreyanın “düşmənin suverenliyi pozmağa yönəlmiş ciddi təxribatı” səbəbindən görüş keçirib. Seul pilotsuz uçan aparatların buraxılmasını inkar edir və eyni zamanda, Şimali Koreyanı Cənubi Koreya ərazisinə zibil olan şarlar atmaqda ittiham edir.
Pxenyanın bu yaxınlarda Seula qarşı artilleriyadan istifadə etməyə hazır olduğunu elan etməsi ölkələr arasında münaqişənin gərginləşməsi riskini artırıb.
Koreya yarımadasındakı gərginliyi şərh edən rusiyalı analitik Andrey Lankov “Vzqlyad”a deyib ki, heç bir dövlətin müharibəyə ehtiyacı yoxdur: “Son vaxtlar təhdid mübadiləsi qeyri-adi şəkildə yüksək səviyyəyə çatıb. Bunun fonunda artilleriyadan istifadə ilə bağlı təhdidlər artıq daha ciddi görünür. Əminəm ki, Şimali Koreya artilleriyadan istifadə edə bilər. Üstəlik, Şimali Koreyadakı bəzi hərbçilərin əsəbləri sıradan çıxsa və bir atəş açsa, qarşıdurma yerli münaqişəyə çevrilə bilər. Onda çox güman ki, itkilər də olacaq”.
Politoloq vurğulayıb ki, ölkələr arasında münaqişə başlayarsa, Şimali Koreyanın Cənubi Koreyanın hücumunu dəf etmək imkanı olacaq: “Lakin Seul sadəcə olaraq müharibəyə hazır deyil. Ona görə də hücuma keçəcəyi inandırıcı deyil. Amma onu da deyim ki, indi hər iki dövlət beynəlxalq aləmdə öz simasını qorumağa çalışır və buna görə də istənilən kompromisləri zəiflik əlaməti kimi qəbul edir”.
Müəllif: Turan Abdulla
ayna.az
Paylaş:
Müəllif : Fuad
Tarix:16-10-2024, 09:19
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər