Pakistanda qəbilələr arasında qarşıdurmada ölənlərin sayı 130-a çatıb
Pakistanın şimal-qərbində Xeyber-Paxtunxva vilayətinin mərkəzi Pişəvərdən 218 kilometr aralıda yerləşən Kurram bölgəsində şiə və sünni qəbilələri arasında vaxtaşırı toqquşmalar baş verir və bu toqquşmalarda çoxlu insan həlak olur.
Bizimyol.info xəbər verir ki, "geo news"un məlumatına görə, Əfqanıstanla sərhəd bölgədə iki həftədir davam edən tayfalararası toqquşmalarda ölənlərin sayı 130-a yüksəlib, 186 nəfər yaralanıb.
Son illərin ən qanlı qarşıdurması yaşanan bölgədə hakimiyyət tərəflər və nüfuzlu şəxslərlə görüşərək gərginliyi azaltmağa çalışır. Hökumət rəsmilərinin səyi nəticəsində yekun sülhün əldə olunduğu açıqlansa da, zaman-zaman münaqişələr yarana bilər. Bildirilir ki, meyitlərin və saxlanılan şəxslərin dəyişdirilməsi ilə bağlı tərəflər arasında ciddi fikir ayrılıqları var.
Son 12 gündə rayonda telefon və internet xidmətlərində ciddi fasilələr olub, təhsil müəssisələri və mağazalar əksər hallarda bağlanıb.Qəbilə ərazilərini birləşdirən Pişəvər-Paraçinar yolu da tez-tez nəqliyyatın hərəkəti üçün bağlanır.
Cümə axşamı, noyabrın 21-də yaraqlılar Kürrəmdə şiələri daşıyan sərnişin karvanına silahlı hücum edib, azı 42 nəfər həlak olub. Hücumdan sonra bölgədə şiə və sünni qəbilələri arasında qarşıdurma daha da şiddətlənib.
240 milyon əhalisi olan Pakistanda şiələr ölkənin təxminən 15 faizini təşkil edir. Noyabr ayında Pakistanın müxtəlif bölgələrində törədilən terror aktları və qarşıdurmalarda da insan tələfatı olub. Pakistan Münaqişələr və Təhlükəsizlik Araşdırmaları İnstitutunun hesabatına görə, noyabr ayında ölkədə baş verən terror aktları və münaqişələr nəticəsində azı 245 nəfər həlak olub.
Son illər Pakistanda, xüsusən də Əfqanıstanla sərhəddə yerləşən Hayber Paxtunxva və Bəlucistan əyalətlərində terror aktları və münaqişələr artıb. Ötən ilin avqustunda 92 mülki şəxs, 108 silahlı və 54 təhlükəsizlik işçisi olmaqla 254 nəfər həyatını itirib.
Qadir, Bizimyol.info
Paylaş:
Müəllif : Fuad
Tarix:Dünən, 09:47
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər