Cənubi Koreya parlamenti prezidentə impiçment elan etdi
Cənubi Koreya parlamenti ölkə Prezidenti Yun Sok Yola impiçment elan edib.
“Yonhap” agentliyi xəbər verir ki, 204 deputat qərarın lehinə, 85 nəfər isə əleyhinə səs verib.
Dövlət başçısı səlahiyyətlərini müvəqqəti olaraq Baş nazir təyin edilən Han Dak Su icra edəcək.
Bundan sonra, ölkənin Konstitusiya Məhkəməsi məsələyə baxmağa başlayacaq və Yun Sok Yolun ya vəzifəsində qalmasına, ya da impiçmenti təsdiq etməyə dair qərar verəcək. Məsələyə baxılması 6 aya qədər davam edə bilər.
Qeyd edək ki, Cənubi Koreyada müxalif partiyalar prezidentə qarşı impiçment prosedurunu başlatmışdı. Yun Sok Yol isə könüllü olaraq istefa vermək niyyətində olmadığını bildirmişdi.
Onu da xatırladaq ki, Cənubi Koreya prezidenti dekabrın 3-də ölkədə hərbi vəziyyət elan edib. Bundan sonra orduya paytaxta daxil olmaq və parlamenti mühasirəyə almaq əmri verilib. Lakin parlamentdə səsvermə ilə bütün bu qərarların ləğvi barədə qətnamə qəbul edilib. Hərbi vəziyyətin ləğv edilməsinə isə 190 deputat səs verib. Yun Sok Yol hərbi vəziyyət rejimi ilə bağlı qərarını Şimali Koreyayönümlü qüvvələrdən müdafiə olunmaq istəyi ilə izah edib.
Paylaş:
Müəllif : Fuad
Tarix:14-12-2024, 12:30
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər