reklam
Regionxeberlericom.az » Dünya » Dindirilməyə getmədi

reklam

Dindirilməyə getmədi

















İmpiçment nəticəsində səlahiyyətləri dayandırılan Cənubi Koreya Prezidenti Yun Sok Yol qiyam işi ilə bağlı dindirilmə prosesinə getməyib.

Bu barədə məlumatı “Yonhap” agentliyi yayıb. 

Bildirilib ki, o, yerli vaxtla 10:00-da ölkənin yüksəkvəzifəli məmurlarına qarşı başladılan həmin iş çərçivəsində dindirilmə üçün Kvaçhonda yerləşən hökumət kompleksində olmalı idi. 

Xatırladaq ki, Cənubi Koreya prezidenti dekabrın 3-də ölkədə hərbi vəziyyət elan edib. Bundan sonra orduya paytaxta daxil olmaq və parlamenti mühasirəyə almaq əmri verilib. Lakin parlamentdə səsvermə ilə bütün bu qərarların ləğvi barədə qətnamə qəbul edilib. Hərbi vəziyyətin ləğv edilməsinə isə 190 deputat səs verib. Yun Sok Yol hərbi vəziyyət rejimi ilə bağlı qərarını Şimali Koreyayönümlü qüvvələrdən müdafiə olunmaq istəyi ilə izah edib. Daha sonradan onun barəsində dövlətə xəyanət və qiyam ittihamı ilə bağlı araşdırma başladılıb.




Paylaş:


Müəllif : Tarix:
Bu gün, 10:38
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər