SON DƏQİQƏ: ABŞ razılıq verdi - Türkiyə böyük oyunda İrandan imtina edəcək?
Türkiyənin Suriyada əməliyyatlara başlamasının əsas məqsədi terror koridorunun əngəllənməsidir.
QAFSAM-ın sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy Redaktor.az-a açıqlamasında Türkiyənin Suriyanın şimalında əməliyyatlara başlamasının pərdəarxası məqamlarına aydınlıq gətirib.
N. Cəfərsoy hesab edir ki, keçirilən hər bir əməliyyatın strateji hədəfləri var:
“Yaxın Şərqdə son 30 ildə baş verən hadisələr bölgədə yeni dövlətin yaradılma cəhdinin müxtəlif istiqamətlərini göstərir. Bu da Türkiyənin təhlükəsizliyinə ciddi təhdiddir. Çünki Yaxın Şərq reallığına kürd faktorunun yeni amil kimi əlavə olunması prosesi gedir. Əvvəllər regionda proseslər 4 faktor üzərində qurulurdu. Birincisi, türk faktoru idi. Bunu Türkiyə təmsil edirdi. İkincisi, İran faktoru idi. Orta Şərqdə tarazlığı müəyyən edən 3-cü amil İsraildir. Dördüncü amil isə ərəb faktorudur ki, bunu Misir, zaman-zaman İraq təmsil edirdi. Son dövrlər İraq sıradan çıxarıldığı üçün bu təmsilçilik Suriyada zəiflədildi. Misir və Səudiyyə Ərəbistanı arasında gedib-gələn bir proses var. Son 30 ildir ki, bura yeni bir 5-ci element kimi ifadə olunan faktorun daxil edilməsi təşəbbüsünü görürük. Bu, kürd amilidir. Regionda böyük kürd dövlətinin qurulması istiqamətində müəyyən ciddi addımlar atılıb. İraqda Bərzani hakimiyyətində bir regionun yaradılması, Türkiyədə PKK-nın uzun müddət dolayı yolla dəstəklənməsi və s. Bu, prosesin müxtəlif hissələri kimi görünə bilər. Suriya böhranı da “xilas edilmiş” kürd regionunun burada yaradılması ilə nəticələndi. Bu gün bu proses Türkiyənin və regionun qısa və uzun vədədə dəngələrini dəyişdirmək imkanına sahibdir. Çünki İraqdan sonra Suriyada bu prosesin nəticə verməsi yaxın vaxtlarda Türkiyədə və İranda da bənzər proseslərin olma ehtimalını artırır. Türkiyə sıranın özünə gəlməsi təhlükəsinin qarşısını almaq üçün bu əməliyyatları keçirir. Çünki regionda Türkiyə üçün strateji anlamda təhdid təşkil edəcək yeni bir “PKKstan”ın qurulmasına imkan vermək istəmir. Bu, Türkiyə üçün gələcəkdə parçalanma riski yaradacaq bir təhdiddir”.
N. Cəfərsoy vurğulayıb ki, Türkiyə və ərəb dünyası arasındakı quru sərhəddini ciddi şəkildə ortadan qaldıran addımlar atılır:
“Xəritəyə baxanda bu aydın görünür. Hazırda PYD-nin idarə etdiyi ərazilərin böyük bir hissəsi tarixən türklərin çox olduğu ərazilərdir. Türkiyə sərhədləri dediyimiz o hissədə PYD-nin nəzarəti əhali nəzarəti deyil. Hətta yerli əhalinin oradan kütləvi şəkildə qovulması baş verib. PYD hərbi gücünü istifadə edərək, bu insanları oradan qovub, nəzarəti ələ keçirmək istəyir ki, özü üçün “dövlət” yaratsın. Bu “dövlət” də gələcəkdə bölgədə yeni bir kürd dövlətinin - Suriya hissəsinin bir parçası üçün ön mərhələ olsun. Qarabağda proseslər ermənilər tərəfindən necə baş vermişdisə, burada da elədir. Suriyanın şimalında keçirilən əməliyyatlarla, etnik təmizləmə nəticəsində daha çox Türkiyəyə köç etmiş ərəblərin və türkmənlərin bölgəyə geri qaytarılması təmin ediləcək. İkincisi, oranın terror koridoru olmasına imkan verilməyəcək. Üçüncüsü, gələcəkdə də buradan Türkiyənin parçalanması üçün plasdarm kimi istifadə edilməsi əngəllənəcək. Türkiyənin Suriya tərəfinə baxanda aydın görünür ki, Ankara ilə ərəb dünyasının arasına kürd koridoru çəkmə, yeni bir dövlət yaratma cəhdi var. Necə ki, Azərbaycanla Türkiyə arasında Ermənistan kimi bir dövlət yaratdılar. Yaxud zaman-zaman müzakirə olunur ki, İran Azərbaycanın cənubu və şimalı arasında kürdləri yerləşdirməyə çalışır. Bunun bir versiyası kimi də Türkiyə sərhəddində kürd dövləti yaratmaq istəyirlər”.
N. Cəfərsoy bildirib ki, regionun Türkiyə üçün geosiyasi önəmi çoxdur:
“Bu önəm Türkiyə ilə ərəb dünyası arasına yeni bir koridorun yaradılmasının qarşını almağı şərtləndirir. Bu işin geoiqtisadi motivi var. Bu bölgə önəmli iqtisadi maraqların toqquşduğu, yaxud önəmli transmagistralların keçdiyi coğrafiya sayılır. Həm İraqın, həm İranın, həm də başqa aktorların burada iqtisadi maraqları da var. Dolayısı ilə burada əməliyyat keçirib, nəzarəti ələ aldığınız zaman təbii ki, bunun həm geostrateji, geosiyasi, geoiqtisadi, geomədəni motivlərinə də nəzarəti əldə saxlamış olursunuz. Bu motivlər içərisində magistral xətlərlə bağlı hissə region ölkələrində qlobal aktorları da narahat edir. Şübhəsiz ki, İranın Türkiyənin bu əməliyyatını tənqidlə qarşılaması təsadüfi deyil. Bu tənqiddə heç şübhəsiz ki, tarixi rəqib olan Türkiyənin atdığı addımların İranın regionda hərbi, mədəni, iqtisadi, siyasi maraqlarına risk təşkil etməsinin də rolu var”.
Ekspert qeyd edib ki, regionda İranın da, Rusiyanın da, ABŞ və Türkiyənin də öz oyunu var:
“Bu oyunda tərəflərin ortaq maraqları və ziddiyyətləri mövcuddur. ABŞ-ın Türkiyənin Suriyanın şimalına hərbi müdaxiləsinə razılıq verməsini iki faktorla izah etmək olar. Birincisi, Türkiyənin qərarlılığı, ikincisi, ABŞ və İsrailin İranla bağlı düşüncələri... Onlar bilir ki, bu regionda ən aktual problemlərin başında İran durur. Bu problemi həll etmək üçün də Türkiyənin ən azından passiv qalmasına, qarşı tərəfdə olmamasına ehtiyac var. Dolayısı ilə bu müdaxilə ilə İranı tarazlamasına ehtiyac var. Çünki Suriyaya girən Türkiyə bununla eyni zamanda İranın bölgədə manevr imkanlarını zəiflətmiş və onu tarazlaşdırmış olacaq. Dolayısı ilə bu ABŞ üçün “kötünün daha iyisidir”.
İran üçün də eyni sözləri fərqli aspektdən deyə bilərik. Rəsmi Tehran üçün Suriyada ABŞ hərbçilərinin olmasındansa, türk hərbçilərinin olması daha sərfəli və qəbulediləndir. Gələcəkdə Türkiyənin İranla bağlı mövqeyinin necə olacağını bundan sonra olan proseslər müəyyən edəcək. İndiki görüntüdən belə məlum olur ki, Türkiyə İrana qarşı hərbi əməliyyatlara razı deyil. Amma gələcəkdə proseslərin inkişafını oyunun qaydaları və tərəflərin maraqlarını uzlaşdırma cəhdləri müəyyən edəcək”.
Paylaş:
Müəllif : Yazar
Tarix:11-10-2019, 16:01
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:11-10-2019, 16:01
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09