reklam
Regionxeberlericom.az » Dünya » Litva Prezidenti 2 rus casusu əfv etdi

reklam

Litva Prezidenti 2 rus casusu əfv etdi


Litva Prezidenti Qitanas Nauseda rəsmi Moskvanın xeyrinə casusluq etdiklərinə görə həbs olunan Rusiya vətəndaşları Nikolay Filipçenko ilə Serqey Moissenkonu əfv edib.

Xəbərə görə, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Onların cəzalarnın qalan hissəsini çəkməkdən azad olduqları ifadə edilir. Eyni zamanda, Rusiya səfirliyi hələlik əfv barədə rəsmi bildiriş almayıb.

Qeyd edək ki, ötən həftə Litva parlamenti Cinayət Məcəlləsinə məhkumların casusluğa görə digər dövlətlərlə mübadiləsini nəzərdə tutan dəyişikliyə səs verib.

Bu məqamda bildirək ki, N. Filipçenko 2015-ci ildə Kalininqrad vilayətindən Belarusa gedən tranzit qatarda saxlanılıb. O, litvalılarla işə qəbul üçün bir neçə görüş keçirən mütəşəkkil dəstənin tərkibində çıxış edib. Vilnüs məhkəməsi 2017-ci ilin avqustunda onu 10 il həbs cəzasına məhkum edib.

Rusiyalı Moiseenko və Litva vətəndaşı Sergey Puşin 2014-cü ildə casusluqda ittiham edilib. Müstəntiqlərin fikrincə, litvalı gizli məlumatları Rusiya kəşfiyyatının xeyrinə toplayıb, sonra onu Moiseenkoya ötürüb.

Puşin Litva Müdafiə Nazirliyinin gizli sənədlərinin surətlərini ələ keçirməkdə, Moiseenko isə qanunsuz silah və partlayıcı maddə saxlamaqda ittiham olunub. 2017-ci ilin fevralında litvalı 5 il, rus isə 10,5 i müddətinə azadlıqdan məhrum edilib.


Paylaş:


Müəllif : Tarix:
15-11-2019, 13:53
Sikayət   


loading...
Загрузка...