reklam
Regionxeberlericom.az » Dünya » Türkiyə gözlənilməz addım atdı, növbə Bakıdadır - Qiymətlərə necə təsir edəcək?

reklam

Türkiyə gözlənilməz addım atdı, növbə Bakıdadır - Qiymətlərə necə təsir edəcək?


Türkiyənin Torpaq Qeydiyyatı və Kadastr İdarəsi ölkədə daşınmaz əmlak almaq istəyən xarici ölkə vətəndaşlarının müraciət müddətini azaltmaq və asanlaşdırmaq üçün portalı hazırlayıb. Hazırda 4 dildə xidmət göstərən platforma gələcəkdə 7 dildə fəaliyyət göstərəcək. Dövlət daşınmaz əmlak satışını artırmaq üçün 10 xarici ölkədə 12 nümayəndəlik açacaq. Maraqlıdır ki, ilkin olaraq nümayəndəliklərdən biri Bakıda açılacaq.
Bu addım Azərbaycan vətəndaşlarının Türkiyədəki daşınmaz əmlaka olan marağını artırarsa, bunun yerli əmlak bazarına hansı təsirləri ola bilər?

Bununla bağlı danışan daşınmaz əmlak eksperti Nüsrət İbrahimov qeyd edib ki, Türkiyənin atdığı addım Azərbaycana da nümunə ola bilər:

“Əgər Türkiyə rəsmi səviyyədə bu istiqamətdə işləri gücləndiribsə, təbii ki, daşınmaz əmlaka investisiya yatırımının artma ehtimalı yüksəkdir. Türkiyədə bu qərarın effekti olarsa, digər ölkələr də bu təcrübədən yararlanmağa çalışacaqlar. Yəqin ki, bizdə də bu istiqamətdə bir müddət sonra işlər aparılacaq. Türkiyə risk etdi. Ölkələrin əksəriyyətində əcnəbilərə torpağın özəlləşdirilməsinə şərait yaratmırlar, qanunvericilik buna icazə vermir. Amma Türkiyə bu riskə getdi. Onlar qanunvericiliyə dəyişiklik edəndən sonra əcnəbilərin Türkiyəyə marağı artdı".

Ekspertin sözlərinə görə, azərbaycanlıların Türkiyədə ev almaq istəyi artsa da, bu yerli bazara təsir göstərməyəcək:

"Bu proseslər Azərbaycanda, xüsusən də Bakıda mənzil qiymətlərini artırmayacaq. Çünki insanlar burada əvvəlcə yatırım edirlər. Buradan doyduqdan sonra öz risklərini paylamaq üçün ölkə xaricinə çıxırlar”.

Xatırladaq ki, bu ilin oktyabr ayında Azərbaycan vətəndaşları Türkiyədə 125 mənzil alıb. Türkiyənin Statistika İdarəsinin məlumatına görə, bu, 2018-ci ilin oktyabr ayı ilə müqayisədə 52 mənzil və ya 29,4% azdır.

Bu ilin yanvar-oktyabr ayları ərzində isə Azərbaycanın 954 vətəndaşı Türkiyədə mənzil alıb. Bu, 2018-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 14 mənzil və ya 1,5% çoxdur.


Paylaş:


Müəllif : Tarix:
23-11-2019, 13:09
Sikayət   


loading...
Загрузка...