reklam
Regionxeberlericom.az » Dünya » “Iranda vəziyyət olduqca pisdir…” –Doktor Ağabəy Azərbaycani

reklam

“Iranda vəziyyət olduqca pisdir…” –Doktor Ağabəy Azərbaycani

1988-cı ildən bəri erməni təcavüzü başlanan Azərbaycanın qanlı-qadalı illərində xeyriyyəçilik işləri ilə tanınan Almaniyanın “Beynəlxalq Humanitar Tibbi Yardım” təşkilatının Azərbaycan üzrə rəhbəri, professor, doktor Ağabəy Azərbaycani noyabrın 24-dən Bakıya gəlib.

Bu dəfəki səfərinin məqsədi Azərbaycan barədə sənədli film çəkmək olan professor Moderator.az əməkdaşına geniş açıqlama verib.

Azərbaycanın yaxın dostu kimi tanınan dəyərli doktor Ağabəy Azərbaycani ilə təsadüfən Dağüstü parkda gəzinti zamanı raslaşdıq. Ölkəmiz haqqında yaxın müddətdə ərsəyə gələcək yeni filminin çəkiliş heyəti ilə hazırlıq işləri görürdü... Hörmətli professorla 25 il bundan əvvəlki görüşümüzü, 1994-cü ilin yayında vertolyotla Füzuli rayonunun Horadiz qəsəbəsinə uçaraq xeyriyyəçi professorun erməni təcavüzü nəticəsində didərgin düşmüş soydaşlarımıza ərzaq, geyim və tibbi ləvazimat yardımlarını çatdırmağımızı xatırladıq. Ayaqüstü söhbətimizdə doktorun Vətəni olan güney qonşumuz İrandakı vəziyyətdən də danışdıq. Ağabəy Azərbaycani bu haqda sualımıza qısaca cavab verdi:

“Bilirsiz, mən 64 idir İranda yaşamıram. Əsasən Almaniya və Amerikada yaşayıb fəaliyyət göstərirəm. İran vətəndaşları, sakinləri özləri qərar verməlidir, özləri problemləri yoluna qoymalıdır. Yalnız onu deyə bilərəm ki, hazırda İranda vəziyyət olduqca pisdir…”


Paylaş:


Müəllif : Tarix:
27-11-2019, 09:09
Sikayət   


loading...
Загрузка...