reklam
Regionxeberlericom.az » Dünya » “ONLARA DAHA GÜCLÜ ZƏRBƏ ENDİRƏCƏYİK” – “Hərbi texnikaya 2 trilyon dollar xərcləmişik”

reklam

“ONLARA DAHA GÜCLÜ ZƏRBƏ ENDİRƏCƏYİK” – “Hərbi texnikaya 2 trilyon dollar xərcləmişik”


Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Donald Tramp özünun «Tvitter»ində İrana ən yeni silahlarla zərbə endiriləcəyi ilə hədələyib.

Prezident xatırladıb ki, Birləşmiş Ştatlar hərbi texnikaya 2 trilyon dollar xərcləyib. «Biz, şubhəsiz, dünyada ən qüdrətli və ən yaxşıyıq» - Tramp qeyd edib.

ABŞ lideri izah edib ki, İranın Amerika bazalarına və ya istənilən vətəndaşına hücum edəcəyi təqdirdə Vaşinqton həmin «ən yeni və gözəl silahların bir hissəsini tərəddüd etmədən, onların üstünə göndərəcək».

«Onlar bizə hücum etdilər və biz, cavab zərbəsi endirdik. Əgər onlar yenidən hücuma keçsələr – bunu israrla məsləhət görmürük – biz, onlara bütün dövrlərdə olduğundan daha güclü zərbə endirəcəyik» - Tramp bəyan edib.


Paylaş:


Müəllif : Tarix:
5-01-2020, 20:51
Sikayət   


loading...
Загрузка...