reklam
Regionxeberlericom.az » Dünya » Bu ölkədə koronavirus mağazası açıldı

reklam

Bu ölkədə koronavirus mağazası açıldı


ABŞ-ın paytaxtı Vaşinqtonda Adilisha Patrom adlı sahibkar "koronavirus mağazası" açıb.

Mağazada Koronavirusun yeni növü (Covid-19), xüsusən maskalar, cərrahi əlcəklər və dezinfeksiyaedici maddələrə qarşı müxtəlif ehtiyat tədbirləri satılır.

Qeyd edək ki, dünyada "Covid-19" virusuna yoluxanların sayı 100 minə yaxınlaşarkən, mağazanın sahibi Adilisha Patrom böhranı fürsətə çevirib. Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi tərəfindən hazırlanan məlumat broşuralarına əlavə olaraq, koronavirus mağazasında müxtəlif modellərin maskaları və müxtəlif ölçülü əl təmizləyici jellər var.

Belə ki, mağaza sahibi Patrom, maskalarını modelindən asılı olaraq, əlcəklər və dezinfeksiyaedici materiallardan ibarət dəstlərin qiyməti 20-30 dollar arasında dəyişdiyini qeyd edib.



Paylaş:


Müəllif : Tarix:
7-03-2020, 08:37
Sikayət   


loading...
Загрузка...