reklam
Regionxeberlericom.az » Dünya » Koronavirusa yoluxma sürətlə artır: İspaniya və İran təhlükədə

reklam

Koronavirusa yoluxma sürətlə artır: İspaniya və İran təhlükədə


Koronavirus (COVİD-19) infeksiyası dünyada sürətlə yayılmağa davam edir.
müsavat.com xarici mənbələrə istinadən bildirir ki, yoluxma üzrə ümumi göstəricilərə görə ilk beşlikdə Çin, İtaliya, İspaniya, İran və Almaniya gəlir.
Çində son saatlarda koronavirusa 41 nəfər yoluxub, 7 nəfər isə dünyasını dəyişib. Bu ölkədə ümumi yoluxma sayı 81 min 8 nəfərdir. Son günlərdə Çində yeni yoluxanların sayı xeyli azalıb. Mütəxəssislər Çinin koronavirusa qalib gəldiyini bildirirlər. İtaliyada ümumi yoluxma sayı 47 min 21 nəfər, ümumi ölüm isə 4 min 32 nəfərdir. İtaliyada hələ ki, son saatlara yoluxma və ölüm göstərilmir.
Son 24 saat ərzində İspaniyada yoluxma sayı xeyli artıb. İspaniyada son saatlarda 3 min 335 nəfər yoluxub, 233 nəfər ölüb. Bu ölkədə koronavirusa ümumi yoluxan 24 min 926, ümumi ölən isə 1326 nəfərdir.
İranda son saatlarda 966 nəfər koronavirusa yoluxub. 123 nəfər isə dünyasını dəyişib. Bu ölkədə ümumilikdə 20 min 610 nəfər koronavirusa yoluxan, 1556 nəfər isə ölən var.
Almaniyada son saatlarda 733 nəfər yoluxub, 4 nəfər isə ölüb. Ümumilikdə bu ölkədə 20 min 581 nəfər yoluxma, 72 nəfər ölüm halı qeydə alınıb.
Hazırda dünya üzrə koronavirusdan ölənlərin sayı 12 minə yaxınlaşıb. Belə ki, artıq 11 min 838 nəfər bu virusun qurbanı olub.
Son rəqəmlərə görə, yoluxanların sayı 284 min 8, sağalanların sayı isə 93 min 564 nəfərdir. Hazırda 178 min 606 xəstə müalicə alır.


 



Paylaş:


Müəllif : Tarix:
21-03-2020, 19:47
Sikayət   


loading...
Загрузка...