TURİZM SEKTORU ÇÖKÜB – Zərər 1 trilyon dolları ötüb!
Dünya Turizm Forumu (World Tourism Forum Institute) qlobal turizm bazarının illik həcminin 1,7 trilyon dollar olduğunu, 2020-ci ildə koronavirus səbəbidən bu sektora 1 trilyon dollar zərər dəyəcəyini açıqlayıb. Bildirilib ki, bu səbəbdən turizm sektorunda çalışan 50 milyon insan iş yerlərini itirmə təhlükəsi ilə üzləşəcək.
“AzPolitika.info” xəbər verir ki, Dünya Turizm Forumunun prezidenti Bulud Bağçı koronavirus (“covid-19”) epidemiyasının bu sektora təsirləri haqqında ən son hesablamaları açıqlayıb. Dünyanın qloballaşması və turizm səyahətləri nəticəsində virusun çox sürətlə yayıldığını dilə gətirən Bulud Bağçı, turizm məlumatları və turizmə dair beynəlxalq təşkilatlardan aldıqları son hesablamaların və araşdırmaların təəccüb yaradacaq nəticələrə səbəb olduğunu bildirib.
Dünya Turizm Forumunun qeydlərinə görə, hazırda səyahət və turizm sektorunun yüzdə 70 faizinin fəaliyyəti dayanıb. Hökumətlərin virus səbəbindən fövqəladə vəziyyət elan etməsi buna səbəb olub. Türkiyənin “covid-19” epidemiyası ilə bağlı ilk gündən ciddi qərarlar verdiyini bildirən Bulud Bağçı əlavə edib ki, bəzi ölkələr virusu lokallaşdırmaq məqsədilə vaxtında tədbirlər görməyib, bu məsələdə gecikib, ələlxüsus Avropada işlərin yolunda getmədiyi artıq göz önündədir.
Dünya Turizm Forumunun prezidentinin fikrincə, Çində ortaya çıxan, bütün qitələrə və ölkələrə yayılan virusun ən çox zərər verəcəyi sektorlardan biri məhz turizm istiqaməti olacaq: “Qlobal iqtisadiyyatda turizm sektorunun payı 1,7 trilyon dollardır. Beynəlxalq turizm yatırımçıları, otel şəbəkələri və hava yolları şirkətləri ilə müzakirələr aparırıq. Apardığımız araşdırmaya görə, turizmdə bu ana qədər itkilər 600 milyard dollar civarındadır. Bu rəqəmin ilin sonuna qədər ən azı 1 trilyon dollar olacağı gözlənilir. Yəni itkilər çox qorxunc həddədir. Turizmə təsir edəcəyi sektorlarla birlikdə bu rəqəmim 5 trilyon dollar olacağı proqnoz edilir. Eyni zamanda bu sektorda çalışan 50 milyon insanın işini itirmək təhlükəsi ilə üzləşəcəyi gözləniləndir”.
Mütəxəssis əlavə edib ki, Mastercard, Amerikan Ekspress və Visa-nın verdiyi rəqəmlərə görə, virusun ortaya çıxdığı andan bu günə qədər dünya iqtisadiyyatına 28-29 trilyon dollar zərər dəyib. Onun sözlərinə görə, bu rəqəmin artacağı ehtimal olunur.
Hava yolları şirkətlərini ciddi böhran gözlədiyini ifadə edən Bulud Bağçı, Türkiyədəki otellərin də ciddi zərər görəcəyini qeyd edib. “Otellərin fitness, SPA, bar və oxşar sosial xidmətləri fəaliyyətini dayandırıb. Otellər hazırda yalnız gecələmək xidməti təklif edirlər”.
Bulud Bağçı bildirib ki, turizm sahəsi ən azı 60 sektora təsir göstərir: “Bu vəziyyət işi çətinləşdirir. İstəyimiz bir an əvvəl koronavirusun dərmanının tapılması, epidemiyanın nəzarət altına alınmasıdır. Amma qısa müddətə belə bir ehtimal gözlənilmir. Epidemiya nəzarət altına alınsa da, turizm sektorunda toparlanma və özünə gəlmə mərhələsi asan olmayacaq”.
Turizm mütəxəssislərinin 2020-ci ilin son rübünə diqqət etməli olduqlarını bildirən Dünya Turizm Forumunun prezidenti əlavə edir ki, bu sektorda çalışan işçilərin işdən çıxarılması ən son addım kimi nəzərdə tutulmalıdır.
Paylaş:
Müəllif : Fuad
Tarix:22-03-2020, 12:01
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:22-03-2020, 12:01
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09