Türkiyədə kredit ödənişləri təxirə salındı, aztəminatlılara - PUL VERİLƏCƏK
“Tədbirlər və iqtisadi dəstək paketləri ilə vətəndaşlarımızı yaranmış böhranın nəticələrindən qorumağa davam edəcəyik”.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan koronovirusla əlaqədar yaradılmış islahatlar paketi ilə bağlı açıqlamasında deyib. İlk gündən bütün imkanlarla vətəndaşın yanında olduqlarını vurğulayan Prezident qeyd edib ki, sosial həyat, sənaye, səhiyyə, ticarət, bank, maliyyə sektorları ilə bağlı qabaqlayıcı tədbirlər planlaşdırılıb. Prezident sözügedən paketlər haqqında ətraflı məlumat verib.
Aşağı gəlirli ailələr üçün 1000 lirəlik dəstək
Sosial paketdə 2 milyon aşağı gəlirli ailə üçün 1000 lirə dəstək verilməsi, ən aşağı aylıq təqaüdün 1500 lirəyə qaldırılması, minimum əmək haqqıya 7 milyardlıq bir dəstəyin edilməsi, sosial vəqflərə ayrılan büdcənin 180 milyon lirəyə qaldırılması, 80 yaşdan yuxarı vətəndaşların periodik olaraq izlənməsi və bayram ödənişlərinin apreldə verilməsi yer alıb.
Səhiyyə işçilərinə yüksək maaş
Səhiyyə paketində göstərilib ki, tibb işçilərinin 3 ay ərzində ödənişləri yuxarı məbləğlərlə ödəniləcək. 32 min yeni səhiyyə işçisi məşğulluq qazanacaq. Dövlət qurumlarının qonaq evləri bütün tibb işçiləri üçün açıq olacaq. 1 milyon diaqnostika dəsti qısa müddət ərzində istifadəyə veriləcək. Səhiyyə işçiləri ictimai nəqliyyat xidmətlərindən pulsuz istifadə edəcəklər.
Texnoparklardan 2 ay kirayə alınmayacaq
R. T. Ərdoğan sənaye paketinə əsasən texnopark müəssisələrindən 2 ay müddətində kirayə haqqı alınmayacağını açıqlayıb. Bundan başqa, dezinfeksiya maddələri, qoruyucu geyim, maska, eynək istelsal edən firmalara 6 milyon lirə dəstək ayrılıb.
Bəzi ləvazimatlar üçün gömrük rüsumu alınmayacaq
Ticarət paketinə əsasən tənəffüs cihazları, tibbi maska, etil spirti idxalında gömrük vergisi sıfırlanıb və ixracatçılara maliyyələşdirmə dəstəyi veriləcəyi qeyd edilib.
Kredit kartlarının ödənişi iyun ayına kimi uzadıldı
Son olaraq bank sektorunda ilk 3 ayı ödənişsiz olmaqla 12 aylıq 25 min lirəlik məhdud biznes kartının verilməsi gözlənilir. Bundan başqa, kredit kartı ödənişləri iyunun sonuna qədər təxirə salınacaq. İşçilərin əmək haqqı xərcləri qədər əlavə kredit limiti veriləcək.
Qafqazinfo
Paylaş:
Müəllif : Yazar
Tarix:26-03-2020, 13:13
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:26-03-2020, 13:13
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:49
4 milyona görə həbs edilən birjaçı tanış çıxdı - Alışanovun qardaşı oğlu, Elarizin kürəkəni…
Dünən, 17:08
Səmyar Abdullayev oğlunu Harvardda oxudur: Gözdən əlillərin pulları hesabına... - Başqa nə cür ola bilər ki?..
Dünən, 17:03
Polimer Materialları İnstitutunda “VEDİBASAR İNŞAAT” MMC ilə işbirliyini belə gizlətmək istədilər
Dünən, 16:57
Barəsində üç dəfə həbs qətimkan tədbiri seçilən şəxs icra başçısı olmaq istəyir – İDDİA/VİDEO
9-01-2025, 10:30
Yardımlı rayon icra hakimiyyətinin başçısı barədə rüşvət ittihamı - "Tikinti aparmaq üçün 3500 pul istəyirlər"
9-01-2025, 09:15
Lisenziyasız kosmetoloji fəalliyyət göstərən Aygün Abdullayeva…. Nə sertifikat kimsən sən?!!!!!-Araşdırma-Fotolar
9-01-2025, 08:54