Dünya “qəflət yuxusundan” ayılmağa başlayıb – ÇİN ŞOKU
Çindən dünyaya yayılan və sürətlə can almağa davam edən koronavirusa görə əksər dövlətlər artıq Çini ittiham etməyə başlayıb və hətta iddialar var ki, Çin koronavirusu digər dövlətlərə qarşı bioloji silah kimi istifadə edib. Artıq İtaliya Çini bu səbəbə görə beynəlxalq cinayətdə ittiham edir və cavab verməsini tələb edir.
Amerika Birləşmiş Ştatlarında isə bir sıra dövlət rəsmiləri, müstəqil ekspertlər Çinə qarşı 200 trilyon dollarlıq təzminat davası açmağı tələb edirlər.
AYNA-nın mövzu üzrə suallarını “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu cavablandırıb.
- Elxan bəy, artıq bəzi Qərb dövlətləti Çini beynəlxalq cinayət işlətməkdə ittiham edib. Ki, Çin bu virusu qəsdən yayıb və biloji silah kimi istifadə edib. Bu, nə dərəcədə doğrudur?
- Əslində, Çin daha çox mənəvi məsuliyyət daşıyır. Çünki virus Çində ilk dəfə dekabrın 7-də yayılmağa başlamışdı. Bir neçə həkim həyəcan təbili çalmağa başlasa da, Çin hökuməti həmin həkimlərin çağırışlarına əməl etmək əvəzinə, onlara hədə-qorxu gələrək, hətta birini xüsusi nəzarətə götürmüşdü. İki həftə keçəndən sonra vəziyyət nəzarətdən çıxır və Çin məcbur qalaraq bu barədə Ümumdünya Səhiyyə Təşkilatına məlumat verir. Məlum olduğu kimi, burada iki həftə vacib vaxt itirilir. Əgər, bu vaxt itirilməsəydi, həmin həkimlərin çağırışlarına diqqət yetirilsəydi, karantin tədbirləri görülsəydi, indi beynəlxalq aləm fərqli situasiyada idi. Çünki həmin iki həftə ərzində Vuhan şəhərinin sakinləri və Çin vətəndaşları müxtəlif dünya ölkələrinə, o cümlədən dünya ölkələrindən də Çinə səyahətlər etdilər və faktiki olaraq bu insanlar virusun daşıyıcılarına çevrildilər.
Dekabrın 31-də karantin elan ediləndə artıq Çin hökuməti gecikmişdi. Çünki virus İranda və İtaliyada sürətlə yayılmağa başlamışdı. O da maraqlıdır ki, həmin günlərdə Vuhan partiya komitəsinin katibi bu məsələni gizlədərək 40 min nəfərlik yemək festivalı keçirmişdi. Üstəgəl, mərkəzi hakimiyyətin iclasında da bu barədə fikir bildirilməmişdi. Ola bilsin ki, virus sona çatdıqdan sonra ciddi araşdırmalar başlansın və Çinə qarşı məhkəmə iddiaları qaldırılsın ki, nə üçün virus gizlədilib və həmin həkimlər nəzarətə götürülüb? Düzdür, Çin bu barədə hələlik heç bir açıqlama vermir. Əksinə, Çin mərkəzi hakimiyyətinin bəzi nümayəndələri bunu Amerikanın üstünə atmağa çalışır və ABŞ-ın bundan bioloji silah kimi istifadə etdiyini bildirirlər. Amma fakt ondan ibarətdir ki, ABŞ bu gün virusa yoluxanların sayına görə Çini geridə qoyub. ABŞ-ın tərəfdaşı İtaliya ölənlərin sayına görə Çini keçib. Bir sözlə, həmin vacib 14 gün itirilməsəydi, bu vahimənin qarşısını bəlkə də almaq olardı. Ona görə də Çin ən azından bu məsələyə görə, mənəvi məsuliyyət daşıyır.
- Amerika indiki durumda öz siyasi xəttində hansısa dəyişiklik edə bilər?
- Düşünürəm ki, bəli. Ən azından İrana qarşı sanksiyalar dayandırılmalıdır. Çünki İranda hal-hazırda çox böyük insan faciəsi yaşanır. İndi elə bir vəziyyətdir ki, sanksiyalara ara vermək mütləqdir. Məhz bu sanksiyalara görə İran Avropa ölkələrindən tibbi avadanlıq və dərman ala bilmir. Çünki Avropa şirkətləri ABŞ-ın sanksiyalarına görə İrana dərman və digər tibbi ləvazimat satmaqdan ehtiyyat edir. Bu baxımdan da düşünürəm ki, sanksiyalara bir müddət moratorium qoyulmasına ehtiyac var.
- Amerikalı hüquqşünaslar sırf bu səbəbə görə, Çinə 200 trilyon dollarlıq təzminat davası açmağa hazırlaşdıqlarını bildiriblər. Əgər, belə bir hal baş versə, Çinin reaksiyası necə olacaq?
- Çox böyük rəqəmdir. Hətta səhv etmirəmsə, Çinin ümumi daxili məhsulundan da böyük rəqəmdir. Təbii ki, Çin heç vaxt bununla razılaşmaz. Düşünürəm ki, bu hadisə artıq iki dövlət arasında ilk insidentin başlanğıcıdır. Bu məsələ yatırılandan sonra çox güman ki, təkcə ABŞ yox, digər dövlətlər də Pekinə qarşı təzminat davası açacaq. Sırf ona görə ki, Çin bunu gizlədib və qarşısını almağı yubadıb. İtaliya Avropa İttifaqının üç qurucu dövlətindən biridir. Yəni söhbət təkcə insan itkisindən yox, həm də dünya iqtisadiyyatının dağılmasından, tarimar olmasından gedir. Neçə illər lazımdır ki, bu problem aradan qalxsın və bu da çox çətin olacaq. Ona görə də ilk olaraq Amerikaya məxsus şəxslər irəli çıxıb məhkəmə məsələsini səsləndirdilər. Ola bilsin ki, zamanla digər dövlətlər də ABŞ-ın bu təşəbbüsünə qoşulsun.
- Koronavirus yayılma sürətini artırandan sonra belə bir iddialar yayıldı ki, Çində fəaliyyət göstərən şirkətlər koronavirusun peyvəndini ucuz qiymətə Çinə satıb və oranı tərk edib. Yəni Çin hökumətinin də məqsədi bu imiş ki, dünya iqtisadiyyatını çökdürsün və yeni iqtisadiyyat formalaşdırsın. Bu iddialar nə qədər əsaslıdır?
- Bu, bir az “komplo teorisi”nə oxşayır. Çini biz tənqid edə bilərik, amma Çinin öz iqtisadiyyatını ön plana çıxarmaq üçün belə bir üsulla dünya iqtisadiyyatına zərbə vurması fikri inandırıcı deyil. Amma inanıram ki, hər şeyə rəğmən Çin bu hadisədən güclü çıxacaq. Baxmayaraq ki, 10 milyardlarla dollar itkisi olub, təbii ki, bu da Çin üçün elə də böyük rəqəm deyil. Amma dünya dövlətləri də bir şeyi anladı ki, başdansovdu qloballaşma böyük risklərin yaranmasına səbəb ola bilir. Məsələn, İtaliyanı götürək. Koronavirus İtaliyanın ən inkişaf etmiş bölgəsində - şimalda yayılmağa başladı. Biz həmişə elə bilirdik ki, dünyanın ən brend, modern geyim məhsulları italyanlar tərəfindən istehsal olunur. Bu hadisəndən sonra məlum oldu ki, İtalya şirkətləri öz vətəndaşlarına böyük məbləğdə maaş vermək əvəzinə Çindən ucuz işçi qüvvəsi gətirərək onları işlədirmiş. Yaxud da, Amerikaya məxsus şirkətlər son 30 ildə, ucuz işçi qüvvəsinə görə, şirkətləri, zavodları, fabirkləri Çinə köçürüb ki, xərcləri az, gəlirləri çox olsun. Amma gördük ki, bunun bəlasını bütün dövlətlər çəkir. Ona görə də düşünürəm ki, bu təhlükə sovuşandan sonra sistemlərin dəyişəcəyi kimi, bu baxış da dəyişməlidir. Mümkündür ki, Çində yerləşən şirkətlərin bir qismi geri qayıtsın və dünya dövlətləri anlasın ki, Çindən ucuz işçi qüvvəsi kimi istifadə etməyin riskləri də var ki, biz həmin risklərlə üz-üzə qalmışıq. Məhz həmin işçilər də virusun İtaliyada yayılmasında müəyyən qədər rol oynadılar.
- Bundan sonra beynəlxalq arenada hansı dəyişikliklər olacaq və bu, dövlətlərə necə təsir edəcək?
- Bir daha sübut olundu ki, nüvə və raket potensialına malik olmaq güclü olmaq demək deyil. “Gözəgörünməz düşmən” səni bir anda məhv edə bilər və sən onunla mübarizədə aciz qala bilərsən. Necə ki, hamı aciz qalıb. Kim güclüdür deyə, Rusiya və ABŞ uzun illərdir ki, bir-biri ilə mübarizə aparır. Amma ikisi də bu “gözəgörünməz düşmən” qarşısında aciz qalıb. Nə bir dərman ixtira ediblər, nə də peyvəndini tapıblar. Bu, sistemə ciddi dəyişiklik gətirəcək. Ən azından, tibb sektoruna maraq artacaq və sərmayələr yatırılacaq. Bir başqa nəticə isə liberal dəyərlərə zərbə dəyməsindən ibarətdir. Hər zaman Qərb dövlətləri insan haqlarını ön planı çəkib. Amma indi demokratiyanın beşiyi olan ölkələr belə, insan azadlığını məhdudlaşdırmağa məcbur olub. Bu hadisə gələcəkdə liberal sistem və kapitalizmdə ciddi dəyişikliklərə gəririb çıxara bilər. Ola bilsin ki, dövlət orqanları və özəl şirkətlərə hökumətlərin diqtəsi daha da artsın. Çünki indi bütün şirkətlər, zavodlar, fabriklər və digər özəl qurumların fəaliyyəti dayanıb və onlar hökumətdən yardım istəyirlər. Deməli, gələcəkdə hökumətin rolu genişlənəcək ki, belə məqamlarda mübarizəni genişləndirə bilsin. Çünki bütün özəl qurumlar bu işdə aciz qalıb və mübarizəni yalnız hökumətlər aparır. Ola bilsin ki, bu da gələcəkdə sol qüvvələrin hakimiyyətdə güclənməsinə gətirib çıxara bilər ki, məhz bu qüvvələr dövlət və hökumət strukturlarının hər bir sahədə nəzarətinin gücləndirilməsini istəyirlər.
Paylaş:
Müəllif : Yazar
Tarix:1-04-2020, 11:56
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:1-04-2020, 11:56
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16
Zaqatala sakinlərinin problemi nə vaxt HƏLL olunacaq? - Yararsız yollar, işləməyən avtobuslar...
19-12-2024, 14:24