MDB-də koronavirusa yoluxmayan yeganə ölkə: Necə qorundu? - İLGİNC
“Toçikiston” telekanalının yaydığı məumata görə, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Tacikistandakı nümayəndəsi Qalina Perfilyova bu ölkədə COVID-19 virusunun olmadığını deyib.
Perfilyova indiyədək respublikada 700-dən çox koronavirus testi aparıldığını və bütün nəticələrin mənfi olduğunu vurğulayıb. Tacikistan Səhiyyə nazirinin müavini Şodixon Camşed jurnalistlərə deyib ki, bununla bağlı əhali arasında izahat işi aparılır, ölkədə ərzaq çatışmazlığı təhlükəsinin olmadığı bildirilir. O deyib ki, martın əvəvlindən etibarən Çin, Cənubi Koreya, İtaliya, İran və Əfqanıstandan gələn 1500 nəfər 14 günlük karantinə yerləşdirilib. Həmin insanlarda hələ ki, virus əlaməti aşkar olunmayıb.
Maraqlıdır, MDB məkanlarında vəziyyət necədir?
Cebhe.info xəbər verir ki, MDB-yə üz dövlətlərdən olan Azərbaycanda 41 yeni koronavirus faktı qeydə alınıb. Xüsusi rejimli xəstəxanalara yerləşdirilmiş həmin şəxslərdən 8 nəfərin vəziyyəti ağır, 11 nəfərinki orta ağır qiymətləndirilir, digərlərinin səhhəti isə stabildir. Bildirək ki, hazırkı dövrədək ölkəmizdə 400 nəfər koronavirus infeksiyasına yoluxmuşdu, onlardan 26 nəfəri müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib, 369 nəfər isə xüsusi rejimli xəstəxanalarda müalicə alır. Belarusda indiyədək 2 nəfər koronavirusdan ölüb, 163 nəfər isə hələ də bu virusun daşıyıcısıdır. Ermənistanda pandemiyaya yoluxanların sayı 663-ə çatıb. Son sutkada 92 yoluxma faktı qeydə alınıb, ölənlərin sayı isə 4 nəfərə çatıb. Qazaxıstanda martın 15-dən aprelin 15-dək fövqəladə vəziyyət elan edilib. Bundan başqa, martın 19-da Nur-Sultan və Almatıda karantin rejiminin tətbiqinə başlanılıb. Qazaxıstan Səhiyyə Nazirliyi bildirib ki, hazırda ölkə üzrə koronavirusa yoluxanların ümumi sayı 423 nəfərdir. Qırğızıstanda 24 saatda 9 nəfər Covid-19 virusuna yoluxub və xəstələrin sayı 116 nəfərə çatıb. Bununla bağlı Qırğızıstan koronavirusla bağlı Respublika Qərargahı məlumat yayıb. Bildirilib ki, 5 xəstə sağalıb, 5 nəfər isə reanimasiya şöbəsindədir, onların vəziyyəti çox ağırdır.Hazırda ölkədə karantində 1588 nəfər var. Bu günədək 9128 test həyata keçirilib. Moldovada təsdiqlənmiş koronavirus hadisələrinin sayı son bir gündə 35 artaraq 298 nəfər olub. Bugünədək ölkədə virusdan 2 nəfər ölüb. Moldova parlamenti martın 17-dən mayın 15-dək fövqəladə vəziyyət elan edib. Özbəkistanda virusa yoluxanların sayı son 24 saatda 6 nəfər artıb. Özbəkistanın Səhiyyə Nazirliyinin məlumatına görə, ölkə üzrə virusa yoluxanların sayı 190-a çatıb. Bu ölkədə Covid-19 2 can alıb. Rusiyada isə vəziyyət bir qədər mürəkkəbdir. Belə ki, daha 771 nəfərdə koronavirus infeksiyası aşkarlanıb. Yeni yoluxmalar ölkənin 29 bölgəsində qeydə alınıb.Lakin ümumilikdə 76 bölgədə virus aşkarlanıb. Beləliklə, ölkə üzrə yoluxanların sayı 3 548 nəfərdir. Son sutka ərzində Rusiyada 6 nəfər ölüb, ümumilikdə isə 30 ölüm hadisəsi qeydə alınıb.
Tacikistanda niyə yoxdur?
Belə bir zamanda Tacikistanda koronavirusun olmama səbəbi maraqlıdır. Səbəbi ilə bağlı Səhiyyə nazirinin müavini Tolo İsakov bildirib ki, buna səbəb daha əvvəldən profilaktik tədbirlərin görülməsidir: “Çində virus ortaya çıxanda biz tədbirlər görürük ki, virusun yayılmasının qarşısını əvvəlcədən alaq. Təkcə Çinlə yox, digər ölkələrlə də sərhəddə sanitar məntəqələr var. Hər yerdə teplovizrolar qoyuldu, mütəxəssislər təlimatlandırıldı. Əgər əvvəlcə bu işə 50-60 mütəxəssis cəlb edilmişdisə, sonra onların sayı 500-ə çatıdırıldı. Deyirlər ki, niyə Tacikistanda virus yoxdur? Niyə olmalıdır ki? Olmaması üçün bütün tədbirlər görülüb. Profilaktik tədbirlərə 30 milyon som ayrılıb. Biz hökumətdən daha 40 milyon som istəmişik".
Paylaş:
Müəllif : Yazar
Tarix:3-04-2020, 09:44
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:3-04-2020, 09:44
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 17:50
Cenub Elektrik Stansiyasin sahəsində balıq gölləri - Baba Rzayev hara baxır? İDDİA/FOTOFAKT
Dünən, 12:45
Nəsimi sakinləri ölkə rəhbərliyindən kömək istəyir: “Vüqar Qasımov-Aslan Quliyev cütlüyü bizə divan tutur”
24-12-2024, 19:26
Prezident bu nəqliyyat vasitələri ilə bağlı qanun imzaladı - Yanvarın 1-dən 8 il müddətinə...
24-12-2024, 11:29