Karantin mayın 3-də bitəcək - Avropa ölkəsində

Belçika Milli Təhlükəsizlik Şurası çərşənbə günü təcrid rejimini mayın 3-dək uzadıb və ölkə artıq koronavirusa görə tətbiq edilmiş məhdudiyyətlərin mərhələli şəkildə ləğvinə hazırlaşır.
Bu barədə Brüsseldə mətbuat konfransında Krallığın Baş Naziri Sofi Vilmes məlumat verib.
Baş Nazir virusun yayılma sürətinin aşağı düşməsinə baxmayaraq, böhranın hələ də başa çatmadığını vurğulayıb. “Bu sahədə ümumi səylərimizi davam etdirməyimiz lazımdır. Təhlükəsizlik Şurası bu səbəbdən belə bir qərar qəbul edib”, - deyə Baş Nazir bildirib.
O daha sonra əlavə edib ki, vəziyyət dəyişməkdə davam edir, amma virusa nə vaxt qalib gələcəyimizi hələ heç kim deyə bilmir.
Buna baxmayaraq, Belçika hökuməti artıq gələn həftədən, may ayında başlanması nəzərdə tutulan, izolyasiya rejimindən çıxmağa dair tədbirləri müzakirə etməyi planlaşdırır. Növbəti həftədə Təhlükəsizlik Şurası izolyasiya rejimindən çıxmaqla bağlı tədbirləri müzakirə edəcək.
Ötən gün ərzində Belçikada koronavirusdan 283 ölüm hadisəsi qeydə alınıb və ümumilikdə ölkədə 4440 nəfər vəfat edib.
Əhalisi 11 milyon nəfər olan Belçika üçün koronavirusdan 4440 ölüm hadisəsinin qeydə alınması böyük rəqəmdir. Qonşu Almaniyada virusa yoluxub sağalanlarla ölənlərin nisbəti daha yaxşıdır. / Modern.az
Paylaş:
Müəllif : Fuad
Tarix:16-04-2020, 20:21
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:16-04-2020, 20:21
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 12:52
Bu gün, 12:39
Dünən, 13:07

Qəbələnin icra başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB

Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:- Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -TƏFƏRRÜAT