reklam
Regionxeberlericom.az » Dünya » ABŞ-da koronavirusdan 60 mindən çox insan ölə bilər - Tramp

reklam

ABŞ-da koronavirusdan 60 mindən çox insan ölə bilər - Tramp


ABŞ prezidenti Donald Tramp ölkədə koronavirus (COVID-19) pandemiyasının artım tempinin zəiflədiyini və ölüm sayı ilə bağlı gözləntilərin 60-65 min ətrafında olduğunu açıqlayıb.

Donald Tramp bu barədə Ağ Evdə günlük keçirilən mətbuat konfransında açıqlama verib:"Həyata keçirdiyimiz qabaqlayıcı tədbirlər nəticəsində milyonlarla insanın həyatını xilas etdik. Son vaxtlara qədər koronavirusdan 100-240 min arası insanın öləcəyi gözlənilirdi. Ancaq indi təxminlərimiz ölümlərin 100 mindən aşağı olacağı yönündədi. 60-65 min ölümün yaşanacağı bir dövrə giririk".

Bəzi ştatların effektiv tədbirləri təqdir edən Tramp "Düşünürəm ki, epidemiyanın yayılma tempinin artması artıq başa çatıb",-deyə sözlərinə əlavə edib.

Qeyd edək ki, ABŞ-da koronavirusa yoluxanların sayı 710 272-yə çatıb, 37,175 nəfər xəstəlik səbəbindən həyatını itirib.


Paylaş:


Müəllif : Tarix:
18-04-2020, 10:28
Sikayət   


loading...
Загрузка...