reklam
Regionxeberlericom.az » Dünya » Rusiyalı idmançı evində 100 km qaçdı - 10 SAATDA

reklam

Rusiyalı idmançı evində 100 km qaçdı - 10 SAATDA


Rusiyanın Vladivostok şəhərinin sakini maraqlı nailiyyətə imza atıb.

“Life” portalı xəbər verir ki, idmançı Dmitri Yakuxnov öz mənzilində 100 km qaçıb.

D.Yakuxnov bildirir ki, bu marafonun səbəbi təkcə özünütəcrid müddətində idman formasında qalmaq istəyi deyil, koronavirus olmasaydı, bu ay ərzində o, iki qaçış yarışında iştirak edə bilərdi.

“Bu müddət ərzində mən Böyük Səhrada ultramarafonda olmalı idim. Des Sables marafonu – bu, Böyük Səhra çöllüklərində ən çətin qaçışdır – 250 km. Ancaq koronavirus səbəbindən onu sentyabra keçiriblər. Eyni zamanda biz hər il apreldə “Dənizkənarı yüzlük” qaçışını təşkil edirik və Ussuriyskə qədər 100 km qaçırıq”, - rusiyalı idmançı belə deyib.

Dmitrinin sözlərinə görə, ev marafonu elə də çətin olmayıb, ona övladları, xanımı və hətta onunla bərabər otaqda dövr vuran iti də dəstək göstərib.

Qeyd edilir ki, idmançı evdə çarpayının ətrafında 10 saat dövr vuraraq 100 km qaçıb. Qısa fasiləni isə yalnız təbii ehtiyacları üçün edib.



Paylaş:


Müəllif : Tarix:
21-04-2020, 10:16
Sikayət   


loading...
Загрузка...