ABŞ sahilləri neft tankerləri ilə doldu - Quruda yer qalmayıb
Son günlərdə onlarla neft tankerinin Kaliforniya sahillərində toplu şəkildə dayandığı müşahidə olunur.
Bu barədə ABŞ Sahil Mühafizəsi açıqlama yayıb. Bildirilib ki, ötən həftədən etibarən su hövzəsinə hər gün yeni gəmilər gəlir.
23 aprel üçün verilən məlumata görə, “Long Beach” limanında lövbər salan neft tankerlərinin sayı 27-yə çatıb. Açıqlamada qeyd olunub ki, liman nəzarətçiləri və hərbi qüvvələr bu unikal vəziyyəti izləyir, bununla yanaşı gəmilərin və ətraf mühitin təhlükəsizliyini təmin edirlər.
“The Wall Street Journal” qəzetinin verdiyi məlumata görə, neft bazarındakı tədarük artıqlığı səbəbindən quruda yerləşən anbar yerləri demək olar ki, tükənib. Artıq ticarətçilər xammalın saxlanılması üçün neft tankerlərini icarəyə götürürlər. Qeyd olunub ki, oxşar vəziyyət Malta və Cənubi Afrika sahillərində də müşahidə olunur.
Qeyd edək ki, koronavirus pandemiyası fonunda neftə olan tələbin düşməsi səbəbindən dünya üzrə neft anbarları sürətlə dolmağa başlayıb. ABŞ Energetika Nazirliyi ehtiyatların 518,6 milyon barrelə qədər artdığını açıqlayıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:27-04-2020, 13:28
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:27-04-2020, 13:28
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 09:39
İzi itirmək məqsədilə təyyarənin sərnişinlərinin ölümə məhkum edilməsi beynəlxalq cinayətdir
26-12-2024, 22:01
Təyyarə qəzasında xəsarət alanlara 20 min, vəfat edənlərin ailəsinə isə 40 min manat kompensasiya ödəniləcək
26-12-2024, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
26-12-2024, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
26-12-2024, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
26-12-2024, 08:29