“ABŞ PANDEMİYADAN DÜNYA LİDERİ KİMİ ÇIXACAQ” - “Virus Kremlin işlərini daha da mürəkkəbləşdirdi”
Artıq bir neçə aydır tüğyan edən koronavirus pandemiyası ABŞ-ın belə situasiyalara o qədər də hazır olmadığını və bir çox istiqamətlər üzrə təchizat baxımından axsadığını əyanı şəkildə ortaya qoydu. Yəqin ki, bu böhran bitəndən sonra Ağ Ev öz işlərini ətraflı təhlil etməli, baş verənlərdən düzgün dərs çıxarmalı, toplanmış təcrübənin gələcəkdəki anoloji durumlarda necə istifadə olunacağıyla bağlı müvafiq plan tərtib etməli olacaq.
Lakin bununla yanaşı, baş verən hadislər fonunda ABŞ-ın öz gücünü itirməsini və beynəlxalq münasibətlərdə tamamilə yeni eranın açılmasını iddia etmək də doğru deyil. Olmayan şeydən ötrü səs-küy qaldırmaq mənasızdır. Əgər ABŞ zəifləsə, onda Vaşinqtonun düşmənləri müəyyənləşdirilmiş beynəlxalq çərçivədən çıxıb, cəzasız şəkildə istədiklərini edər. Amerikanın strateji rəqibləri Rusiya ilə Çin isə yaranmış vakkumu doldurmağa çalışarlar.
ABŞ-ın dünya arenasındakı mövqelərinin sarsılması barəsində fikirlər hədsiz dərəcədə şişirdilmiş şayiələrdir. Həmin yanaşmalarda koronavirusun təkcə Amerikaya yox, bütün dünyaya necə neqativ təsir göstərməsinə diqqət yetirilmir.
Bu pandemiya ilə dünyanın bütün ölkələri mübarizə aparır. “Covid-19” Rusiyaya zərbə vurmamışdan əvvəl də bu ölkənin iqtisadi vəziyyəti heç də parlaq sayıla bilməzdi. Əhalisinin sayı 145 milyon nəfər olan Rusiyanın Ümumi Daxili Məhsulu 1,7 trilyon dollardır ki, bu da İtaliya və Cənubi Koreya ÜDM-dən aşağıdır. Rusiyada bizneslə məşğul olmaq risklidir. Ruslar öz pullarını Avropa banklarında saxlamağı və orada daşınmaz əmlaka yatırmağı üstün tuturlar. Rəsmi Moskva isə ölkəyə birbaşa xarici investisiya cəlb etmək iqtidarında deyil.
Virus Kremlin işlərini daha da mürəkkəbləşdirdi. Putin özünü ağıllı və güclü lider kimi təqdim etməyi sevir. Lakin indi DTK-nın keçmiş əməliyyatçısı öz reytinqinəəhəmiyyətli dərəcədə zərbə vura biləcək iqtisadi tənəzzüllə qarşılaşıb.
Beynəlxalq Valyuta Fondunun proqnozuna görə, bu il Rusiya iqtisadiyyatı ÜDM-in 5,5%-ni itirəcək. Əgər Moskva kiçik müəssisələrə vaxtında maliyyə yardımı göstərməsə, sahibkarlar iflasla üzləşəcəklər. Rusiya maliyyə naziri Anton Siluanov xəbardalıq edib ki, əgər Rusiya gündə 300 milyon dollar xərcləsə, bu il Kreml 165 milyard dollar həcmindəki ehtiyat fondunun yarısını itirə bilər. Digər yandan isəəyalətlərdəki sadə rusiyalıları Kremlin səriştəsizliyi təngə gətirib.
Putin heç də Qərbin təsvir etdiyi kimi hər şeyi öncədən dəqiq hesablayan geostrateji dahi deyil. O, reallıqdan uzaqlaşan və həqiqətlər burulğanından özünü təcrid etmiş SSRİ Kommunist Partiyası Siyasi Bürosunun qoca üzvünə daha çox oxşayır.
Bəlkə də Rusiya ilə müqayisədə Çin hətta daha pis vəziyyətə düşə bilər. Pekin virus barəsində məlumatı gizlədir və özünü xeyirxah dövlət obrazında göstərməyə çalışır. Amma bu, onun beynəlxalq nüfuzuna ciddi xələl gətirir. O ki qaldı iqtisadiyyata, artıq bir neçə ildir Çində iqtisadi geriləmə başlayıb.(Birinci rübdə Çin iqtisadiyyatının daralması 6,8% təşkil edib.)
Amma Çinəən böyük zərbə geosiyasi sferada dəyib. Belə ki, Avropada, Afrikada və Cənub-Şərqi Asiyadakı ölkələr iqtisadi sahədə Çinin həyata keçirdiyi çoxillik yırtıcı fəaliyyət və diplomatik təzyiq taktikasını anlamağa başlayırlar. Çin diplomatik korpusunun aqressivliyi Avropa ölkələrini də qıcıqlandırır. Əgər əvvəllər dezinformasiya avtoritar dövlətin adi iş metodu kimi qəbul olunaraq, ona laqeyid yanaşılırdısa, ancaq indi dezinformasiyaya çox ciddi reaksiya verilir. Fransa, Uqanda, Qana, Keniya və Qazaxıstan kimi ölkələr çinli diplomatları Xarici İşlər Nazirliyinə çağıraraq, onlardan koronavirusla bağlı məsələyə aydın gətirilməsini tələb ediblər.
Avropa Birliyinin xarici məsələlər üzrə nümayəndəsi Jozef Borrel kimi rəhbərləri Çinə şübhəylə yanaşmağa başlayıblar. Pekin bunu bilir. Daxili xidmət üçün nəzərdə tutulan hökumət məruzəsində dünyadakı anti-Çin əhval-ruhiyyəsinin artması qeyd olunur ki, bu da Pekinin trilyonlarla dollarlıq “Bir zolaq-bir yol” infrastruktur təşəbbüsünü təhlükə altına qoyur.
Yəqin ki, biz Çindən gələn məhsullardan asılılığı azaltmaq məqəsədilə ölkələrin öz istehsallarını şaxələndirmələrinin şahidi olacağıq. Bu məsələ iləəlaqədar Yaponiyanın baş naziri Sinzo Abe çox iş görüb. Keçən ay Sinzo Abe Yaponiya şirkətlərinin Çindən çıxarılmasına yardım göstərilməsi üçün iki milyard dollarlıq fond yaradılmasını elan edib.
Heç kimdə illyuziya yaranmasın ki, koronavirus hansısa möcüzəvi yolla Çin və Rusiyanı ABŞ-ın rəqibləri xəritəsindən birdəfəlik siləcək. Hər necə olsa da bizim dünyamız böyük dövlətlərin rəqabət dövrünə daxil olub. Tramp administrasiyası( ondan sonrakı administrasiya da həmçinin) milli təhlükəsizlik strategiyasında dəyişikliyə getməlidir. Bu cür dəyişikliklər Birləşmiş Ştatlardan Yaxın Şərqə az diqqət ayırmağı və daha praqmatik diplomatiya yürütməyi tələb edir.
Amma gəlin özümüzü çətinə və dolaşığa salmayaq, ABŞ Roma İmperiyası kimi çökməyəcək. Dünya koronavirusdan sonrakı dövrdə təxminən ondan əvvəl nə idisə, eləcə də qalacaq. Əgər Vaşinqton pandemiyadan düzgün nəticə çıxararsa, daxili potensial və imkanlarını artırarsa, onda böhrandan sonra ABŞ öncəkindən daha hazırlıqlı və daha güclü olacaq. (“Washington Examiner”-ABŞ)
Paylaş:
Müəllif : Fuad
Tarix:15-05-2020, 09:26
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:15-05-2020, 09:26
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09