reklam
Regionxeberlericom.az » Dünya » MDB-nin 7 ölkəsi yeni ordu növü yaradır - General açıqladı

reklam

MDB-nin 7 ölkəsi yeni ordu növü yaradır - General açıqladı


Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Rusiya və ya Qazaxıstandakı mərkəzlər əsasında sülhməramlı qüvvələrini qurmağı planlaşdırır.

Bu barədə KTMT-nin Belarusdan olan baş katibi general Stanislav Zas açıqlama verib.
“Qarşımıza bütövlükdə sülhməramlı qüvvələrin hazırlanması və xüsusən də BMT üçün sülhməramlı kadrların yetişdirilməsi üçün vahid baza yaratmaq vəzifəsi qoymuşuq. Harada olacaq? Fərqli variantlar nəzərdən keçirilir. Həm Rusiyada, həm də Qazaxıstanda sülhməramlı kadrların hazırlanması üçün hazır mərkəzlərimiz var. Burada hərbi mütəxəssislər öz sözlərini deməlidirlər”, - general bildirib.

Zas həmçinin qeyd edib ki, BMT standartlarına uyğun sülhməramlı birləşmələrin təlimi üçün baza mərkəzi seçmək qərarı ilin sonuna qədər veriləcək.

Əlavə edək ki, KTMT-yə Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan və Ermənistan daxildir.


Paylaş:


Müəllif : Tarix:
27-05-2020, 17:54
Sikayət   


loading...
Загрузка...