Keçmiş prezidentin intihar məktubu yayıldı - "Düşmənlərimə nifrətimin ifadəsi kimi cəsədimi qoyub gedirəm..."
Perunun keçmiş prezidenti Alan Qarsianın intihardan əvvəl məktub yazdığı xəbər verilib.
“Reuters” agentliyi bildirir ki, ailəsinin iddiasına görə Qarsia bu məktubda özünü siyasi düşmənlərinin qarşısında alçalmamaqdan ötrü öıdürdüyünü yazıb.
Qarsia aprelin 17-də polis onu həbs etmək üçün evinə gələndə güllə ilə özünü vurub. O Braziliyanın “Odebrecht” tikinti şirkətindən rüşvət almaqda ittiham edilirdi və polis onu bu ittihamla bağlı həbs etməliydi.
“Odebrecht” şirkəti bütün Cənubi Amerika boyunca böyük korrupsiya qalmaqalına səbəb olub. Qarsiyadan başqa bu şirkətdən rüşvət almaqda daha üç keçmiş Peru prezidenti ittiham olunur.
Qarcia intihardan əvvəl ona qarşı ittihamların siyasi qisas olduğunu bəyan etmişdi.
“Reuters” bildirir ki, intihar məktubunun Qarsia tərəfindən yazılması müstəqil mənbə tərəfindən hələlik təsdiq edilməsə də, onun qızı Lusiana Qarsia bu məktubu atasının APRA partiyasının keçirdiyi xatirə mərasimində oxuyub: “Mən alçaldılmağıma yol verməyəcəyəm. Mən başqalarının qandallı şəkildə ortalıqda gəzdirilməsinin, miskin bir həyata düçar edildiyinin şahidi olmuşam. Lakin Alan Qarsianın bu ədalətsizliklərin iztirabını çəkməsinə ehtiyac yoxdur”.
Məktubda daha sonra deyilir:“Bu səbəbdən də övladlarıma qərarlarımın ləyaqətliyini qoyub gedirəm. Dostlarıma qürurumu, düşmənlərimə isə nifrətimin ifadəsi kimi cəsədimi qoyub gedirəm”.
“Reuters” yazır ki, bu məktub “Odebrecht” təhqiqatının Perunun və bütün Latın Amerikasının siyasi həyatında necə dərin bir parçalanma yarandığını nümayiş etdirir.
“Odebrecht” işini aparan Peru prokurorları bildiriblər ki, onlar Qarsianın həbsi üçün əsas verən kifayət qədər dəlil toplaya biliblər. Lakin Qarsia sağlığında ona qarşı ittihamların heç birini qəbul etməyib və istintaqın siyasi motivli olduğunu söyləyib.
Keçmiş prezidentin məktubunda daha sonra deyilir:“Əksəriyyətin inandığı bu şayiələr və niftrət zəmanəsində…mən bu istintaqlardan həqiqətin üzə çıxarılması üçün yox, adamların alçaldılması üçün istifadə edildiyini çox görmüşəm”.
Bu təhqiqatın aparılmasına sərəncam vermiş Peru prezidenti Martin Vizcarra mərhumun ailəsinə onun üçün keçmiş prezident kimi dövlət dəfninin keçirilməsini təklif edib.
Lakin Qarsia ailəsi Vizcarranın təklifini rədd edib və bildirib ki, keçmiş prezidentin dəfn mərasimində yalnız onun ailə üzvləri və ən yaxın dostları iştirak edəcəklər. Siyasi şərhçilər bildirirlər ki, Qarsianın intiharı Vizcarra hökuməti ilə əksəriyyətini sağ təmayüllü siyasilər təşkil edən parlament arasında qarşıdurmanı daha da gücləndirəcək./virtualaz.org/
Paylaş:
Müəllif : Redaktor
Tarix:20-04-2019, 15:20
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:20-04-2019, 15:20
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 22:01
Təyyarə qəzasında xəsarət alanlara 20 min, vəfat edənlərin ailəsinə isə 40 min manat kompensasiya ödəniləcək
Dünən, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
Dünən, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
Dünən, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
Dünən, 08:29
Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
25-12-2024, 17:50
Cenub Elektrik Stansiyasin sahəsində balıq gölləri - Baba Rzayev hara baxır? İDDİA/FOTOFAKT
25-12-2024, 12:45