Keçmiş naziri xilas etmək üçün 6 milyon dollar rüşvət - Pullar ələ keçdi, qalmaqal böyüdü
Ukraynada ABŞ prezidentliyinə namizəd olan Co Bayden və oğlu Hanterlə əlaqəli korrupsiya işi ətrafında qalmaqal davam edir. Bu dəfə onların adları Kiyevdə 6 milyon dollar məbləğində rüşvət işində hallanır. Bu məbləğ “Burisma” şirkətinin təsisçisinə qarşı qaldırılan iddianı bağlamaq üçün verilibmiş.
Virtualaz.org xəbər verir ki, bu barədə “The Washington Post”məlumat yayıb.
Qəzet qeyd edir ki, Ukrayna Prokurorluğu çəhrayı və sarı elastik lentlər ilə bağlanmış 6 milyon dollarlıq yeni əskinasların “Burisma” enerji şirkətinin təsisçisi barəsində işi bağlamaq məqsədilə Ukraynanın antikorrupsiya idarələrinin rəhbərləri üçün nəzərdə tutulduğunu açıqlayıb. Bu pullar ukraynalıların özlərini də xeyli təəccübləndirib. Lakin miqdarın çoxluğuna görə yox. Uzun müddət geniş yayılmış korrupsiyadan əziyyət çəkən Ukraynada bu cür rüşvətlər, ümumiyyətlə, sakit şəkildə verilir ki, heç kim bu barədə bilməsin. Lakin bu dəfə Ukrayna hüquq-mühafizə orqanları bu rüşvəti ələ keçirib, Ukrayna Milli Antikorrupsiya Bürosunun direktoru və Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi isə bu pulu şəffaf plastik torbalarda qürurla ictimaiyyətə nümayiş etdirib. İşin təfərrüatları iyunun 14-də, Kiyev məhkəməsində məlum olub.
Hakimiyyət orqanlarının bildirdiyinə görə, antikorrupsiya bürosunun bir məmuru keçmiş ekologiya və təbii sərvətlər naziri və “Burisma”nın qurucusu Nikolay Zloçevskiyə qarşı qaldırılmış məhkəmə işinin dayandırılması üçün 6 milyon dollar rüşvət alıb. Ukrayna mediası bu pulun yenidən sayılması üçün 12 saata vaxtın lazım olduğunu qeyd edib.
Xüsusi Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğunun rəhbəri Nazar Xolodnitski ABŞ-da Demokrat partiyasından prezidentliyə namizəd Co Bayden və oğlu Hanter Baydenin bu işdə iştirakının mümkünlüyünü tamamilə istisna edib. Korrupsiyaya qarşı mübarizə bürosunun direktoru Artyom Sıtnik isə bu işdə “Burisma”nın başqa bir işçisi və iki keçmiş vergi məmurunun da olduğunu açıqlayıb.
Zloçevski 2013-cü ildə Ukrayna Milli Bankı tərəfindən Ukraynanın Real Bankına ayrılmış borc vəsaitlərinin mənimsənilməsində ittiham olunur. Hanter Bayden 2014-cü ildə “Burisma”nın idarə heyətinə qatılıb və 2018-ci ildə oranı tərk edib.
Qeyd olunur ki, bu il Ukrayna şirkəti olan “Burisma” prezident Donald Trampa qarşı impiçment məsələsinin də mərkəzində olub. Keçən il prezident Tramp Ukrayna prezidenti Vladimir Zelenskidən Hanter Baydenin bu enerji şirkətinin direktorlar şurasının üzvü olması səbəbi ilə əlaqədar Co və Hanter Baydenlərlə bağlı istintaq başlatmasını istəyib. “Burisma” şirkəti Trampın vəkili Rudolf Culianinin Trampın ikinci müddətə təkrar seçilməsinə kömək etmək üçün Co Baydenlə bağlı kompromat toplamaqla bağlı səylərinin mərkəzində qalır. Culiani həmçinin bildirib ki, keçmiş vitse-prezident Bayden Ukraynanın o zamankı prezidenti Petro Poroşenkonu 1 milyard dollarlıq kredit zəmanəti müqabilində Ukraynanın baş prokuroru Viktor Şokini vəzifəsindən azad etməyə məcbur edib. Trampın müttəfiqləri Co Baydenin oğlunun iştirak edə biləcəyi hər hansı bir araşdırmanın qarşısını almaq istədiyini söyləyiblər.
Lakin Bayden Şokinin işdən çıxarılması ilə bağlı istəklərini gizlətməyib, çünki ABŞ, Avropa Birliyi və digər beynəlxalq maliyyə qurumları Şokinin korrupsiyaya qarşı mübarizəsini təsirsiz hesab edirdilər.
Ukraynanın keçmiş baş prokuroru Ruslan Ryaboşapka isə “Burisma”ya qarşı qaldırılan məhkəmə işinin sənədlərini yoxladığını, lakin Baydenin qanunsuz hərəkətlərinə dair hər hansı bir dəlil tapa bilmədiyini açıqlayıb.
“Burisma” rəhbərliyi isə rüşvət cəhdində iştiraklarını rədd edirlər. "Burisma Group” və onun rəhbərliyinin Xüsusi Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğunun qanunsuz hərəkətlərdə iştirakla bağlı hesabatı ilə heç bir əlaqəsi yoxdur", - şirkətin 13 iyun tarixli açıqlamasında bildirilir. - "Şirkət yalnız mövcud qanunvericilik çərçivəsində işləyir, ən böyük vergi ödəyicilərindən biridir və Ukraynanın enerji müstəqilliyinin maraqlarını müdafiə edir”, - açıqlamada qeyd olunur.
Məqalədə həmçinin rüşvət iddiası ilə əlaqədar təfərrüatların iyunun 14-ü - bazar günü keçirilən məhkəmədə məlum olduğu qeyd olunub. Rüşvət verməyə cəhddə şübhəli bilinən Kiyev Dövlət Vergi Xidməti rəhbərinin birinci müavini Nikolay İlyaşenko, “Burisma”nın keçmiş hüquqşünası və keçmiş vergi məmuru Andrey Kiça və başqa bir keçmiş vergi məmuru Yelena Mazurova tutulub.
Prokurorluq hesab edir ki, İlyaşenko Kiyev Dövlət Vergi Xidmətinin dayanacağında antikorrupsiya bürosunun əməkdaşı Yevgeni Şevçenkoya içərisində 5 milyon dəyərində 100 milyon dollarlıq əskinaslar olan üç çantanı təhvil verib. Digər 1 milyon dollar isə vasitəçi üçün "komissiya" haqqı kimi nəzərdə tutulub.
Səlahiyyətlilərə görə, 6 milyon dollar Ukraynada indiyə qədər qeydə alınan rekord miqdarda rüşvətdir. Bu pul Ukraynanın dövlət xəzinəsinə köçürüləcək.
Rəsmilərin bildirdiyinə görə, bu işin ləğvi bazar günü 54 yaşı tamam olmuş Zloçevskinin ad günü hədiyyəsi olmalı idi. Bu, onun həbs təhlükəsi olmadan Ukraynaya qayıtmasına imkan verərdi. Sıtnikin sözlərinə görə, hazırda xaricdə olan Zloçevski özü də saxlanıla bilər.
Prokurorların bildirdiyinə görə, tutulanlar çərşənbə günü keçirilən iclasda rüşvət verməklə bağlı razılığa gəliblər. Rüşvət vermək üçün Şevçenko iyunun 12-də İlyaşenko, Kiça və Mazurova ilə görüşüb. Prokurorluğun bildirdiyinə görə, İlyaşenko üç iri çanta ilə nağd pul aparıb.
Lakin Xolodnitski Baydenin bu işdə iştirak ehtimalını rədd edib: “Gəlin buna birdəfəlik son qoyaq. Co və Hanter Baydenlər bu məsələdə iştirak etmirlər”. Sıtnikə görə isə, bu işin heç bir siyasi məzmunu yoxdur.
Bəzi antikorrupsiya fəalları bu həbslərdə Ukraynadakı korrupsiya mədəniyyətinin nəhayət dəyişməyə başladığını göstərən həvəsləndirici əlamət hesab edirlər: “Düşünürəm ki, bu çox vacib bir addımdır, amma şübhə yoxdur ki, bu aysberqin yalnız görünən tərəfidir ", - deyə Korrupsiyaya Qarşı Mübarizə Mərkəzinin direktoru Darya Kalenyuk bildirib. “Bu, indiyədək səlahiyyətlilər tərəfindən tutulan yüksək səviyyəli məmur üçün ən böyük rüşvətdir. Prokurorlar özlərini elə aparırlar ki, sanki bir supermarketdədirlər və bu, Ukrayna üçün adi bir şeydir. İşlərin bağlanması üçün bir qiymət var və yenidən açılması üçün bir qiymət var. Bu epizod dönüş nöqtəsi oldu”, - D. Kalenyuk əlavə edib.
Paylaş:
Müəllif : Fuad
Tarix:16-06-2020, 16:27
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:16-06-2020, 16:27
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 17:50
Cenub Elektrik Stansiyasin sahəsində balıq gölləri - Baba Rzayev hara baxır? İDDİA/FOTOFAKT
Dünən, 12:45
Nəsimi sakinləri ölkə rəhbərliyindən kömək istəyir: “Vüqar Qasımov-Aslan Quliyev cütlüyü bizə divan tutur”
24-12-2024, 19:26
Prezident bu nəqliyyat vasitələri ilə bağlı qanun imzaladı - Yanvarın 1-dən 8 il müddətinə...
24-12-2024, 11:29