Çin hökuməti Pekində hərbi vəziyyət elan edir - Cəmi 79 yoluxmaya görə
Çin hökuməti paytaxt Pekində koronavirusa 79 yoluxma halının qeydə alınmasından sonra şəhərin bütün yaşayış mikrorayonlarında hərbi rejim tətbiq edib. Şəhərə giriş-çıxış nəzarətə götürülüb və ancaq xüsusi buraxılışla keçməyə icazə verilir, ictimai yerlərdə dezinfeksiya tədbirləri gücləndirilib, sosial və mədəni tədbirlər dayandırılıb, temperaturun ölçülməsi proseduru tətbiq edilir.
Pekində koronavirusun yayılmasına qarşı mübarizə və profilaktika üzrə işçi qrupunun üzvü Syuy İn bildirib ki, virusun ocağı “Sinfadi” bazarı olub və mayın 30-dan sonra həmin bazara gedən 200 minə yaxın adamın hamısı testdən keçməlidir. “Onlar testdən keçəcəklər və ev şəraitinə nəzarətə götürüləcəklər”,-o bildirib.
Bundan əlavə, “Sinfadi” bazarı ətrafındakı 11 yaşayış kompleksinin 90 mindən çox sakini də testdən keçirilir. “Jenmin jibao” qəzetinin yazdığına görə Pekin bazarında aşkar edilmiş virus Avropadan gətirilib. Lakin yoluxmanın hansı formada baş verdiyi hələ məlum deyil.
“South China Morning Post” qəzeti isə Pekində xəstəliklərə nəzarət və profilaktika mərkəzindən epidemioloq Yan Penə istinadla yazır ki, virusun Avropadan gətirildiyini onun genomunun ilkin analizi göstərir. Versiyalardan birinə görə virus daşıyıcıdan dondurulmuş qidaya keçib, daha sonra mal Çinə ixrac olunub və aşağı temperatur virusun canlı qalmasına imkan verib.
“Sonra insanlar bazarda dondurulmuş dəniz məhsulları və ya ətlə təmas nəticəsində yoluxa, virusu yaya bilərdi”,-o deyib.
Bildirilir ki, bazarda işləyən 6 mindən çox personal da testdən keçirilib, lakin onlarda virus aşkarlanmayıb.
Çin hakimiyyətinin elə də çox olmayan yoluxma sayına baxmayaraq Pekində tətbiq etdiyi bu sərt tədbirlər bu ölkənin koronavirusun təhlükəsini necə ciddi hesab etdiyini bir daha göstərir. Məhz bu cür sərt tədbirlərin sayəsində Çin hökuməti Uhanda virusu lokallaşdıra və ləğv edə bilmişdi.
Paylaş:
Müəllif : Fuad
Tarix:17-06-2020, 21:38
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:17-06-2020, 21:38
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07